Elmi məqalələr

Qastroenteritə ən çox səbəb olan enterik adenoviruslar adenovirus tip 40 və adenovirus tip 41, F qrupuna aiddir. Enterik adenovirusların səbəb olduğu xəstəlik rotavirus qastroenteritinə bənzəyir, ancaq daha az ciddi və diareya daha uzunmüddətli olur. İnkubasiya müddəti 3-10 gün olub digər viruslarda olan 1-3 günlük müddətdən daha uzundur. Xəstəlik tipik olaraq 5-12 gün davam edir. Rotavirus infeksiyasına nisbətən dehidratasiya daha az olur.

Enterik adenovirus infeksiyası ən çox 2 yaşdan kiçik uşaqlarda görülür. Adenoviruslar yenidoğulmuşlarda və uşaqlarda kəskin qastroenteritlərin 2-8% -ində, xəstəxanaya gətirilən uşaqların 4-15%-ində görülür. Xəstəxanalarda və uşaq baxçalarında epidemiyalar olduğu bildirilmişdir. Enterik adenoviruslar tip 40 və tip 41 infeksiyaları mövsimi bir xüsusiyyət göstərməyərək, bütün il boyu görülə bilir.

01 İyl, 2018

Laborator müayinələr üçün nümunələrin alınması

Xəstənin razılığını almaq La­borator analiz vermək üçün mü­ra­ciət edən xəstəyə ilk növbədə bu pro­­sedur ətraflı izah edilməli, nü­mu­nə­lərin alınmasına dair məlu­mat­lar və töv­siyələr haqqında xəstələr nü­munə almazdan əvvəl məlumatlan­dırıl­ma­lı­dır. Gündəlik… Ətraflı
Sizə necə kömək edə bilərik?
Don`t copy text!