Elmi məqalələr

Xəstənin razılığını almaq

La­borator analiz vermək üçün mü­ra­ciət edən xəstəyə ilk növbədə bu pro­­sedur ətraflı izah edilməli, nü­mu­nə­lərin alınmasına dair məlu­mat­lar və töv­siyələr haqqında xəstələr nü­munə almazdan əvvəl məlumatlan­dırıl­ma­lı­dır. Gündəlik laborator prosedur­la­rın əksəriyyə­tində xəstə istək forma­sını labo­ratoriyaya təqdim edir və öz is­təyi ilə ümumi qan alma manipul­ya­siya­larını (məs. qan almaq üçün da­­mara daxil olma əməliyyatı) qəbul edirsə, bu, xəstənin razılığı məna­sına gəlir.

Ümumi məlumatlar

Nü­mu­­nə almaq üçün standart şərtlər tətbiq olunsa da bəzi parametrlər (mə­­sələn qlükoza, kalsium, dəmir, insulin) gün ərzində müxtəliflik gös­tərir. Məsələn, boy hormonu yuxu­la­dıqdan bir az son­ra yüksəlir. Hal­bu­ki, bazal plazma in­su­lini, səhər və ax­şam saatlarında daha yüksək sə­viy­yədə olur. ACTH və kor­ti­zol gecə saatlarında minimal səviy­yədə olur; sidiyin həcmi və kreatinin ifrazı gecə azalır.

Orqanizm gün ərzində ətraf mü­hitə adaptasiya olmaq məcbu­riy­yə­­tindədir (işləmə, qidalanma və s.), bu baxımdan ciddi biokimyəvi də­yişik­liklər müşahidə oluna bilər. Bu müxtə­lifliklə əlaqədar olaraq qan nü­mu­nələ­rinin səhər saat 7.00-9.00 ra­də­lərində (10-12 saatlıq aclıqdan son­ra) alınması tövsiyə edilir. Mü­va­fiq olaraq testlər üçün referens ara­lıqları da bu şərtlər daxilində hazır­lanmışdır. Bu saat­lar­dan kənar alınan qan nümu­nə­lərindən əldə edilən test nəticələri şərh oluna­r­kən gün ərzində dəyi­şikliklərin ola biləcəyi nəzərə alınmalıdır.

Uzanma/oturma və ayaq üstə dayanma vəziyyətindən asılı olaraq da­marlardan hüceyrələr ara­sına əhə­miyyətli dərəcədə or­qa­nizm maye­si­nin keçməsi baş verir. Ayaq üstə dayanan şəxsin qan həcmi uzanmış şəxsə nisbətən   600-700 mL az olur. Bu vəziyyət qan həcmində təxminən 10% azal­maya səbəb olur. Nəticədə fer­mentlər və zülal təbiətli hor­mon­lar da daxil olmaqla bütün proteinlər, pro­tein­lərlə qismən əlaqəli kal­si­um, bili­rubin və proteinlə əlaqəli dərman­ların konsentrasiyasında müx­­­təlif­lik­lər müşahidə olunur. Məhz bu ba­xım­dan, qan nümu­nə­ləri uzanma, ya­xud oturma vəziy­yətində alınır. Qan alma vəziy­yətinin təsiri ilə əlaqədar olaraq, ayaq üstə dayanan şəxsdən alı­nan qan nümunəsində plazma pro­teinlərinin miqdarı 30 dəqiqə otura­raq gözləmiş xəstə ilə müqayisədə yüksək ola bilər.

Bu baxımdan, nümunə alı­na­na qədər xəstələr oturaraq göz­lə­məli, qan alma prosesi isə mütləq oturaq vəziyyətdə icra olun­ma­lıdır.

İdman hərəkətlərinin orqa­nizm mayelərinin tərkibinə təsiri bu hərəkətlərin müddəti və inten­sivliyi ilə əlaqəlidir. İdman zamanı əhə­miyyətli miqdarda orqanizm mayesi damarlardan hüceyrələr arası sahəyə keçir. Qısa müddətli idman hərə­kətlərinin təsirinə məruz qalan testlər bunlardır: kreatinin kinaza, qlükoza, kreatinin, hemo­qlobin, hematokrit, albumin, pro­tein, natrium, kalium, kalsium, AST, LH, sidik çövhəri, leyko­sitlərin miqdarı. Bunlardan baş­qa, plazma renin aktivliyinin, al­dosteron və boy hormonu səviy­yə­lə­rinin idmandan sonra patoloji sə­viyyələrədək yüksəldiyi nəzərə alın­­malıdır. Bu testlər üçün isti­rahət pe­riodundan 2 saat sonra analiz apa­rıl­malıdır. Alınan nümu­nə istək olunan test üçün uyğun olmalıdır. Bio­kimyəvi analizlərin bir çoxu serum və ya plazma ilə icra olunur; bəzən də tam qan, sidik, beyin-onurğabeyni mayesi (BOM), plevral maye və s. nümunələr istifadə olunur. Əksər hal­larda serum və ya plazma nü­mu­nələri bir çox analiz üçün qəbul edilə bilər, ancaq bəzi testlər üçün yalnız bir növ nümunə tələb olunur; mə­sə­lən, protein elektro­forezi üçün se­rum, renin aktivliyini ölçmək üçün isə plazma nümunəsi lazımdır. Qan alma prosesində hemolizin baş verməməsinə diqqət edilməli, əgər xəstə intravenoz müalicə alırsa, kontaminasiyadan qaçmaq üçün qan digər qoldan alınmalıdır.

Hemoliz prosesi eritrosit­lər­dən baş verən sızma ilə əlaqədar ola­raq plazmanın fosfat və kalium sə­viyyələrinin, həmçinin AST aktiv­li­yinin yüksəlməsinə səbəb olur. Plaz­manı eritrositlərdən ayırmaq üçün is­tifadə olunan sentrafuqadan keçirmə prosesinin gecikməsi ilə əlaqədar hemoliz baş verdikdə isə, qlukoza miqdarı da azala bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, hüceyrələrdən in vitro sızma xüsusilə trombosit və leykositləri artmış xəstələrdə kalium və fosfat konsentrasiyasının yüksəl­məsinə səbəb ola bilər.

Xətalı nəticələrə səbəb olan digər mühüm amil qanın yanlış sınaq şüşələrinə alınmasıdır. Oksalat və EDTA kalsiumla birləşdiyindən bəzi hemotoloji testlər üçün antikoa­qul­yant kimi istifadə edilir və plazmada kalsium miqdarının azalmasına sə­bəb olur.

Sidik, BOM, oynaq mayesi, digər steril orqanizm mayeləri və bəl­ğəm, tənəffüs sistemi sekre­si­ya­ları kimi başqa nümunələrin toplan­ması və transportu üçün də eyni diq­qət tələb olunur. Bütün nümunələr potensial infeksiya mənbəyi kimi  qəbul edilməli və lazım gələn profilaktik tədbirlər görülməlidir.

12 Okt, 2019

İnfertillik

İnfertillik – reproduktiv dövrdə olan cütlüyün hamiləlikdən qorunmaq üçün hər hansı bir metoddan istifadə etmədən, ən az 1 il mütəmadi cinsi əlaqəyə rəğmən hamiləliyin baş tutmamasıdır. Qadınlarda sonsuzluğu dəyərləndirmək üçün… Ətraflı
02 Avq, 2021

Transferrin

Transferrin (Siderofilin) dəmir daşıyıcı zülaldır. Quruluşunda Fe+3 üçün yüksək affinliyə malik iki bağlanma bölgəsi var. Dəmir birləşdirmə qabiliyyəti (Total Dəmir Birləşdirmə Qabiliyyəti, TİBC) bu zülalın dəmir birləşdirmə dərəcəsinə bağlıdır. Normal… Ətraflı
Sizə necə kömək edə bilərik?
Don`t copy text!