Keyfiyyət kontrol proqramımız
Laboratoriyalar üçün ən vacib keyfiyyət kriteriyalarından biri tətbiq etdiyi keyfiyyət kontrol proqramıdır. Ölkəmizdə dövlət səviyyəsində laboratoriyalar üçün məcburi nəzərdə tutulan keyfiyyət kontrol proqramının olmamasına rəğmən, laboratoriyalarda daxili keyfiyyətə kontrol proqramının tətbiq edilməsi bir zərurətdir.
Laboratoriyamızda elmi standartlara uyğun olaraq keyfiyyət kontrol proqramı tətbiq olunmaqdadır. Laboratoriyamız xaricdə ən çox tətbiq olunan proqramları nəzərə alaraq öz daxili keyfiyyətinə nəzarət edir. Bundan başqa, üzvü olduğumuz beynəlxalq keyfiyyət kontrol proqramları ilə standartlarımızın ən yüksək səviyyədə saxlanılmasına çalışırıq.