a

Müəllif haqqları qorunur! Saytdakı materialların istifadəsi (elektron və yazılı formada) qəti qadağandır!

(051) 229-49-80

info@incilab.az
Bakı ş., Bül-Bül pr., 58G,

Son yazılar

* 1113

İş saatları 08:00 - 22:00

Bazar Qeyri-iş günü

(012) 493-80-47/48

info@incilab.az

Mərkəzi Laboratoriya

Bakı ş., Bül-Bül pr., 58G,

E-RANDEVU

HEMATOLOGİYA VƏ HEMOSTAZ

Hematologiya-  qanı, qanyaranma orqanlarını və qan xəstəliklərini öyrənən bölmədir. Bu bölməyə qan və qanyaranma sistemi xəstəliklərinin etiologiyası, diaqnostikası, müalicəsi, proqnozlaşdırılması və qan xəstəliklərinin qarşısının alınmasına yönəlmiş metodlar daxildir.

Hematologiya bölməsinə daxil olan əsas xəstəlik qrupları aşağıdakılardır:

  1. Qanın formalı elementlərinin yaranmasında və hemoqlobinin sintezində pozulmalar;
  2. Qanın formalı elementlərinin parçalanmasının sürətlənməsi;
  3. Qanın formalı elementlərinin funksiyalarının pozulması;
  4. Qanın laxtalanma sisteminin funksiyasının pozulması;
  5. Qanın damar daxilində laxtalanması;
  6. Sümük iliyi və limfa düyünü hüceyrələrinin bədxassəli şişə çevrilməsi.

Hemostaz sistemi – funksional-morfoloji və biokimyəvi mexanizmlərin toplusu olub, qanın maye halda qalmasını, qanaxmaların qarşısının alınmasını, damarların tamlığını təmin edir.

Orqanizmdə  hər hansı bir patoloji proses baş vermədikdə laxtalanma və əks-laxtalanma sistemlərinin qarşılıqlı fəaliyyəti nəticəsində normal qan dövranı təmin olunur. Ancaq damar zədələnməsi hallarında  birincili və ikincili hemostatik sistem aktivləşir.

Birincili hemostaz damar spazmı (1), trombositlərin  adheziyası (2) , trombositlərin aktivləşməsi və aqreqasiyasından  (3)  ibarətdir. İkincili hemostaz  zamanı isə hemostatik fibrin tıxacı əmələ gəlir. Bu iki ayrı sistemin yalnız birgə fəaliyyəti nəticəsində orqanizmdə hemostaz təmin olunur.

Koaqulyasiya testləri səbəbi bilinməyən qanaxma və antikoaqulyant müalicənin izlənilməsi zamanı təyin olunur.

  1. Əgər irsi olaraq qanaxmaya meyillik varsa  rutin analizlərlə kifayətlənməyib spesifik testlər aparılmalıdır;
  2. İlkin testlərdə anormal nəticələrin əldə edilməsi daha geniş spektrli testələrin təyin olunmasını tələb edir;
  3. Kəskin hemostatik pozğunluğun araşdırılması. Belə araşdırmaya ağır hemostaz pozğunluğu olan xəstələrdə, cərrahi əməliyyatı zamanı və ya əməliyyat sonrası ehtiyac olur.

Hematoloji analizlər Sysmex markalı tam avtomat qan analizatorlarında həyata keçirilir.