İMMUNOLOGİYA

İmmunologiya bölməsi klinik diaqnostika və immunologiya sahəsində geniş spektrli laborator testlerin interpretasiyasını həyata keçirir. Autoanticisimlərin, protein anomaliyalarının və mikrobial agentlərə qarşı immun cavabın qiymətlədirilməsi üçün yüzlərlə immunoloji analizdən istifadə olunur. İmmunoloji analizlərin əsasını antigen-anticisim reaksiyası təşkil edir. Bu reaksiyanın əsasında antigen-anticisim komplekslərinin birbaşa (“direct”) və dolayı (“indirect”) üsullarla təyini durur.

İmmun sistemin fəaliyyəti yaş və qidalanmadan asılı olaraq dəyişir. İmmunoloji analizlərin qiymətləndirilməsi zamanı yaş, immun sistemin vəziyyəti, qidalanma pozuntuları nəzərə alınmalıdır.

Autoanticisimlər, orqanizmin immun sistemi tərəfindən öz hüceyrələrinə qarşı sintez etdiyi anticisimlərdir. Klinik əlamətlər orqandan asılı olaraq müxtəlif formada özünü göstərə bilər.

İmmunologiyada istifadə olunan əsas metodlar ELISA, elektroxemilüminessensiya, aqqlütinasiya, immunoflüoressensiyadır.

Aqqlütinasiya reaksiyası – antigen –anticisim kompleksinin əmələ gəlməsi nəticəsində meydana çıxır. Laboratoriyamızda kəmiyyət və keyfiyyət aqqlütinasiya testləri işlənilir. Kəmiyyət testlərində nəticə titrlə verilir.

ELISA metodu immun komplekslərlə əlaqədə olan fermentativ reaksiyanın ölçülməsinə əsaslanır. Ferment anticism və ya antigenlə birləşmək qabiliyyətinə malikdir.

Elektroxemilüminessensiya- məhlulda elektrokimyəvi reaksiya nəticəsində yaranan lüminessensiyanın ölçülməsinə əsaslanır. Bu zaman elektrokimyəvi madələrdən ayrılan elektronlar lüminessent maddələrlə reaksiyaya girir.

Dolayı immunoflüoressensiya reaksiyası zamanı iki anticisim istfadə olunur. Birinci anticisim spesifik olaraq axtarılan molekulla birləşir. İkinci anticisim isə üzərində flüofor maddə daşıyır və birinci anticismə birləşir. Birləşən molekulların sayı çox olduqca flüoressensiya da o qədər güclü olur. Bu metodun birbaşa flüoressensiyadan əsas üstün cəhəti ondan ibarətdir ki, ikincili anticisimlər müxtəlif növ birincili anticisimlərlə birləşmək qabiliyyətinə malik olduğundan daha geniş təsir spektrli metoddur.

Komandamız

Sizə necə kömək edə bilərik?
Don`t copy text!