Onkomarkerlərxərçəng toxumasından ifraz edilərək qan dövranına və ya bədən  mayelərinə  daxil olan spesifik molekullardır.

Xəstə sağlamlığı üçün risk yaradan invaziv üsullardan istifadə etmədən erkən dövrdə xərçəng diaqnozu qoya bilmə ehtiyacından  araşdırılmağa başlanmışdır.

Onkomarkerlər ferment, hormon, karbohidrat, onkofetal antigenler və zülal quruluşunda ola bilərlər.

İdeal onkomarker həm təyin olunan xərçəng növü üçün spesifik (specificity), həm də xərçəngin erkən mərhələlərində, klinik əlamətlər özünü biruzə verməmişdən öncə ölçülə biləcək  qədər həssas (sensitivity) olmalıdır.

Onkomarkerlərin istifadə məqsədi bunlardır:
Riskli populyasiyalarda skrininq
Xərçənglərin klinik təsnifatı
Xəstəlik proqnozlarının monitorinqi
Müalicənin müvəffəqiyyətinin qiymətləndirilməsi
Xərçəngin təkrarlanmasının aşkar edilməsi
Bəzi növ xərçənglərin diaqnozunda fərqli onkomarkerlərin təyini vacibdir

ORQAN ONKOMARKERLƏR
Mədə -bağırsaq CEA, CA19-9, TAG-72, TPA
Qaraciyər AFP, FERRİTİN, CEA
Yumurtalıq CA-125, CEA,β-HCG
Pankreas CA 19-9, TAG-72,CEA, CAR-3
Ağciyər CEA, FERRİTİN, PTHrP, TPA
Prostat PSA, PAP
Süd vəzisi CA 15-3, CEA, TPA
Testis HCG, CEA, AFP
Qalxanabənzər vəzi KALSİTONİN, TPA
Sümük OSTEOKALSİN, ALP
Sidik kisəsi CEA, CYFRA21-1
Baş və boyun TPA

Onkomarkerlərin ölçülməsi:
Hüceyrədaxili onkomarkerlər immunohistokimyəvi, qan dövranındakı markerlər isə radioimmunoloji, enzimimmunoloji və ya xemilüminessensiya üsulları ilə təyin edilir. Onkomarkerlərin plazma səviyyəsi aşağı olduğuna görə ancaq yüksək həssas spesifik reaktivlərlə ölçülə bilər.

Onkomarkerlər

Sizə necə kömək edə bilərik?
Don`t copy text!