a

Müəllif haqqları qorunur! Saytdakı materialların istifadəsi (elektron və yazılı formada) qəti qadağandır!

(051) 229-49-80

info@incilab.az
Bakı ş., Bül-Bül pr., 58G,

Son yazılar

* 1113

İş saatları 08:00 - 22:00

Bazar Qeyri-iş günü

(012) 493-80-47/48

info@incilab.az

Mərkəzi Laboratoriya

Bakı ş., Bül-Bül pr., 58G,

E-RANDEVU

Daşıyıcı müayinəsi

Daşıyıcı müayinəsi nədir, necə aparılır? 

Daşıyıcı müayinəsi qida müəssisələrində çalışan insanların xəstəlik daşıyıb-daşımadıqlarını test edən müayinə növüdür. Yəni daşıyıcı dedikdə qida vasitəsilə yoluxa bilən hər hansı yoluxucu xəstəliyin törədicisini öz orqanizmində daşıyan, ancaq bu xəstəliyin simptomları olmayan şəxslər nəzərdə tutulur. Bu yolla qida istehsal sahələrini xəstəliklərdən uzaq tutmaq hədəflənir.

Daşıyıcı müayinəsi nədir? 

Daşıyıcı müayinəsi qida ilə yoluxan xəstəliklərin araşdırıldığı bir müayinə növüdür. Qida sekrunda çalışan şəxslərə tətbiq edilir. Daşıyıcı müayinəsi bir çox müxtəlif testlərdən ibarətdir. Bu testlərə burun, boğaz, bağırsaq və nəcis materiallarının kultivasiya testləri daxildir. Bundan əlavə, ağciyərlərdə aşkar edilə bilən xəstəliklərlə yanaşı infeksiyalar, bakteriya və viruslar da yoxlanılır. Beləliklə, qida ilə keçə bilən xəstəliklərə davamlı olaraq nəzarət etmək mümkündür.

DAŞIYICI MÜAYİNƏSİ

Əksər Beynəlxalq Protokollara görə, daşıyıcıların müayinəsində aşağıdakı laborator analizlər mütəmadi olaraq aparılmalıdır:

Nəcis kultivasiyası (Salmonella və Shigella cinsli ishal torədən        bakteriyaların təyini, ən azı ildə bir dəfə);

Nəcisin mikroskopik müayinəsi (Entamoeba histolytica, Giardia lamblia cinsli ishala və qastroenteroloji problemlərə səbəb ola bilən protozoaların (ibtidailər, parazitlər) sistalarının və helmintlərin (qurdlar) yumurtalarının təyini, ən az altı ayda bir dəfə); Boğaz və burundan alınmış materialın kultivasiyası (Staphylococcus aureus bakteriyalarının təyini, ən az ildə bir dəfə);

Laboratoriyamizda daşıyıcı müayinəsi üçün vacib hesab edilən mikrobioloji labarator analizlər ESCMID (The European Society of Clinical Microbiology and Infectious Diseases) standartlarına uyğun olaraq həyata keçirilir.