İntrauterin (bətndaxili) və doğum zamanı yaranan infeksiyalar döl və yenidoğulmuş uşaqların ölümlərinin önəmli səbəbindən biridir. Virusların səbəb olduğu intrauterin və doğuş yollarından keçən infeksiyalar bütün canlı doğumların ən azı 2,5% -ində baş verir. Bu infeksiyaların bir qrupuna TORCH deyilir. Hamiləlik zamanı dölə yoluxan və defektlərə yol açan infeksiyaların aşkarlanması üçün protokollara uyğun olaraq hamiləliyin 3 ayında vəya hamiləliyə hazırlıq zamanı skrininq edilməlidir.
Bu infeksiyalar düşük, ölü doğum, erkən doğum, bətndaxili inkişafdan qalma, anadangəlmə anomaliyalar, doğumda və ya doğuşdan sonra patologiyalara səbəb ola bilər. Bəzi infeksiyalar uzun müddətli sistematik ağırlaşmalara səbəb ola bilər. Bütün bu ağırlaşmalar müalicə həkimini ilkin və ya ikincili infeksiyanın diaqnostikası, hamilənin müalicəsi, dölə müdaxilə və amnion mayenin müayinəsinə ehtiyac olub olamayacağına yönəldəcəkdir.
TORCH panelinə hamilə qadını infektə edib döldə anadangəlmə qüsur və ya ölümə səbəb olan infeksion xəstəliklər daxildir.
Bu infeksion xəstəliklər aşağıdakılardan ibarətdir:
Toxoplasmoz
Other (Sifilis , Varicella –zoster virus, Parvovirus B 19 Enterovirus, Borrelia burgdoferi , HIV)
Rubella
Cytomegalovirus (CMV)
Herpes simplex virus (HSV)
TORCH testi skrininq (tarama) testidir.
Skrininq (tarama) testi nədir ?
Tibbdə skrininq testi hər hansı insan populasiyasında klinik əlamət və simptom olmadığı üçün aşkar edilə bilməyən xəstəlikləri üzə çıxarma üsuludur.
Bu əlamətlər presimptomatik və ya aşkar edilməyən olur. Buna görə də sağlam insanlarda edilir.
Skrininqdə hədəf :
İmmuniteti olmayanları aşkar etmək
Vaksin (Rubella)
Törədiciyə məruz qalmağın qarşısını almaq (Rubella, Toxo)
Hamiləlik zamanı aktiv xəstəliyi aşkarlayıb müalicə etmək (Toxo)