FOTO&VİDEO

İNCİ LABORATORİYALARI İLƏ ÖYRƏNMƏYƏ DAVAM EDİRİK

“İnci Laboratoriyaları ilə öyrənməyə davam edirik” adlı silsilə elmi-praktik seminarlar davam etdirilir. Seminarların keçirilməsində məqsəd klinisistlərin və laboratoriya mütəxəssislərinin davamlı tibbi təhsilinə töhfə vermək, klinik və laborator diaqnostikaya dair müasir məlumatları onlarla bölüşməkdir.

Növbəti “İNCİ LABORATORİYALARI İLƏ ÖYRƏNMƏYƏ DAVAM EDİRİK” adlı elmi-praktik seminar 14 may 2022 – ci il tarixində Tovuz şəhərində keçirilmişdir.

Tovuz şəhərindən və ətraf rayonlardan 40-dan çox müxtəlif ixtisaslardan olan həkimin qatıldığı seminarda yüksək ixtisaslı mütəxəssislərin  ginekologiya, pediatriya, nevrologiya sahələri üzrə və cinsi yolla yoluxan infeksiyalara dair məruzələri dinlənildi. İştirakçıların yüksək marağına səbəb olan və diskussiyalarla keçən toplantıda onlara maarifləndirici materiallar verildi və sertifikatlar təqdim olundu.

COVID-19

Post-COVID-19 SİNDROMU

Post-COVID Sindromu (PCS) nədir?

COVID-19 pandemiyası indiyə qədər görünməmiş viral pnevmoniya dalğasına səbəb olmuşdur. Ən çox təsirə məruz qalanlar yaşlı kişi xəstələr və hipertoniya, piylənmə və diabet kimi yanaşı xəstəliyi olan şəxslər olmuşdur. Xəstələr asimptomatik daşıyılıcıqdan atipik pnevmoniyaya, hiper-iltihabi reaksiyaya, tənəffüs çatışmazlığına və ARDS-ə qədər müxtəlif klinik formalarla müraciət edirlər. COVID-19-da hiperkoaqulyasiya və tromboemboliya riski də əhəmiyyətli dərəcədə artır.

Pandemiyanın başlanğıcında xəstəlikdən sağalma dövrünün Covid-19-u yüngül keçirənlər üçün 2 həftə, ağır keçirənlər üçün isə 4-6 həftə çəkdiyi düşünülürdü. Ancaq sonradan Covid-19-un 3-6 aya qədər davam edən müxtəlif şikayətlərə və sağlamlıq problemlərinə səbəb olduğu məlum oldu. Bununla bağlı Amerika Xəstəliklərin Kontrolu Mərkəzi (CDC) tərəfindən xəstəliyin aşağıdakı dövrləri müəyyən edilib:

Kəskin infeksiya

Post-kəskin hiperinflamasion xəstəlik (2-4 həftə)

Gec fəsadlar (>4 həftə)

 Covid-19-un bəzi insanlarda niyə uzunmüddətli təsir göstərdiyi və ya digər sağlamlıq problemlərinə səbəb olduğu hələlik məlum deyil. Bu baxımdan insanın genetik quruluşu, yaşı, xroniki xəstəlikləri, yoluxdurucu doza, insanın immun sistemi, qəbul edilən dərmanların təsiri, daha əvvəl keçirilən infeksiyalar kimi mövzularda araşdırmalar davam edir.

Məlumdur ki, bir çox viruslar (məsələn, herpes virusları, HIV, HCV, HBV, EBV) müxtəlif xroniki sağlamlıq problemlərinə səbəb olur. Covid-19 ilə bağlı gələcəkdə aparılacaq uzunmüddətli tədqiqatlar post-covid sindromunun səbəbini aşkar edə bilər.

Post-COVID Sindromunun patogenezi

Davamlı hiperinflamasion prosesin nəticəsi?

Sahibin (xəstənin) viral rezervuarında davam edən virus aktivliyi?

Qeyri-adekvat (yetərsiz) anticisim cavabı?

Toxuma tropizmi, uzunmüddətli nəticələr?

PCS Risk Faktorları

Ağır gedişli xəstəlik

>50 yaş

Əsas (yanaşı) xəstəlik

Post-COVID-19 simptomları

Tənəffüs əlamətləri

Kardiovaskulyar simptomlar

Generalizə simptomlar

Nevroloji simptomlar

Qastrointestinal simptomlar

Əzələ-hərəkət sistemi

Psixiatrik simptomlar

Qulaq Burun Boğaz simptomları

Dəri əlamətləri

Ümumi simptomlar

Yorğunluq

Nəfəs darlığı

Öskürək

Oynaq və əzələ ağrıları

Yuxu pozğunluqları

Baş ağrısı

Yetkin yaşlı şəxslərdə COVID-19 ilə əlaqəli Multisistem İltihab Sindromu (MIS-A)

Təsdiqlənmiş və ya şübhəli SARS-CoV-2 infeksiyasından bir neçə həftədən sonra qızdırma, iltihab

markerlərinin yüksəlməsi və multiorqan zədələnməsidir.

MIS-C sindromu nədir?

Uşaqlarda Multisistem İltihab Sindromu (MIS-C) Covid-19 xəstəliyi ilə əlaqəli olduğu düşünülən ciddi bir vəziyyətdir. Covid-19 virusuna yoluxmuş uşaqların əksəriyyətində yüngül simptomlar olur. Bununla belə, MIS-C inkişaf edən uşaqlarda ürək, ağciyərlər, qan damarları, böyrəklər, həzm sistemi, beyin, dəri və ya gözlər kimi bəzi orqan və toxumalar ciddi iltihab formalaşır. Xəstəliyin əlamət və simptomları hansı orqanların zədələnməsindən asılıdır.

COVID-19

COVID-19: evə yazılandan sonra müşahidə üçün tövsiyələr

Xəstəxanaya yerləşdirilən xəstələrin əksəriyyəti (80%) viral pnevmoniya ilə adi klinik şöbədə izlənildiyi halda, 20%-i müalicə üçün  reanimasiya şöbəsinə yatırılır ki, bunların da təxminən 5%-i intubasiya olunur. Covid-19-un uzunmüddətli fəsadları bu günlərdə ortaya çıxmağa başlasa da, keçmişdə SARS və MERS təcrübələrinə nəzər saldıqda, bu fəsadların əsasən tənəffüs sistemini əhatə etdiyi aydın olur. Radioloji və klinik simptomlar gözlənilən ağırlaşmaların interstisial ağciyər xəstəliyi və pulmonar vaskulyar xəstəliklər şəklində olacağını göstərir.

COVID-19 xəstələrinin müşahidəsi məqsədilə təkrar radioloji müayinələr üçün optimal vaxt məlum deyil. Britaniya Torakal Cəmiyyətinin (BTS) hazırkı təlimatlarında bakterial və ya viral pnevmoniyadan 6 həftə sonra döş qəfəsinin nəzarət rentgenoqrafiyası tövsiyə edilir. Amerika Torakal Cəmiyyətinin (ATS) təlimatında rutin təqib tövsiyə edilmir və radioloji rezolyusiya üçün optimal vaxtın 12 həftə olduğu bildirilir.

MERS və SARS-dan fərqli olaraq, kəskin COVID-19 infeksiyasında venoz tromboemboliya və in situ tromboz riski yüksəkdir. Buna görə də, radioloji rezolyusiyanın təqibi ilə yanaşı, post COVID-19 dövründə xroniki tromboembolik xəstəlik və ağciyər hipertenziyası (PH) baxımından müşahidə tələb olunur.

Reanimasiya önü  şöbəyə (intensiv terapiya şöbəsi)  və ya reanimasiya şöbəsinə yerləşdirilən xəstələrin monitorinqi

 Birinci xəstə qrupu “klinik və radioloji cəhətdən ağır COVID-19 pnevmoniyası diaqnozu qoyulmuş və reanimasiya önü və ya reanimasiya şöbəsində izlənilən xəstələrdir”. Bu qrup xəstələrdə 4-6 həftədən sonra üz-üzə və ya telefonla:

Nəfəs darlığını araşdırın və müalicə planlayın.

Yeni pulmonar emboliya simptomlarını araşdırın.

Simptomlara uyğun müalicə planlayın.

Ehtiyaca uyğun olaraq oksigen dəstəyi təmin edin.

Psixososial dəstək verin.

Təşviş, yorğunluq, post-covid öskürək və yeni diaqnoz qoyulmuş tromboembolik hadisələrin müalicəsini planlayın.

Bu xəstə qrupu 12-ci həftənin sonunda tam klinik qiymətləndirmədən və döş qəfəsinin rentgenoqrafiyasından keçməlidir. Döş qəfəsinin rentgenoqrafiyası normaldırsa (kiçik seqmentar atelektazlar istisna olmaqla) və kliniki simptomlar yoxdursa, həmin şəxsin müşahidəsi dayandırıla bilər. Döş qəfəsinin rentgenoqrafiyasında gözlənilən yaxşılaşma baş vermədikdə:

TLco daxil olmaqla tam ağciyər funksiyası testləri;

6 dəqiqəlik gəzinti testi və oksigen saturasiyası monitorinqi;

Exokardioqrafiya;

Bəlğəm ifrazı varsa bəlğəm analizi;

Pulmonar reabilitasiya;

Pulmonar emboliyanın araşdırılması və ya kəskin xəstəlik də inkişaf edibsə, emboliyanın ağırlaşmasının araşdırılması lazımdır.

Reanimasiya önü və ya reanimasiya şöbəsində müalicə almayan xəstələrin təqibi

Reanimasiya önü və ya reanimasiya şöbəsində izlənilməmiş yüngül və ya orta dərəcəli klinik və radioloji COVID-19 pnevmoniyası olan xəstələrin 12-ci həftənin sonunda çəkilmiş döş qəfəsi rentgenoqrafiyası normal və ya normala yaxın olduqda, onların müşahidəsi dayandırıla bilər.

Bu müşahidə nəticəsində təngnəfəslik, sinə ağrısı və ya öskürək əlamətlərinin davam etdiyi aşkar edilən şəxslər pulmonar emboliya, interstisial ağciyər xəstəliyi və ya ikincili infeksiya baxımından qiymətləndirilməlidirlər. Bu məqsədlə:

Yüksək rezolyusiyalı ağciyər tomoqrafiyası və ya ağciyər kompüter tomoqrafiyası angioqrafiyası;

Saturasiyanın ölçülməsi ilə gəzinti testi;

Exokardioqrafiya müayinəsi aparılmalıdır.

COVID-19-da ağciyər emboliyasının təqibi necə olmalıdır?

Kəskin xəstəlik dövründə ağciyər emboliyası aşkar edilən xəstələr xroniki tromboembolik pulmonar hipertenziya baxımından izlənilməlidir. Belə bir simptom yoxdursa, antikoaqulyant terapiya 3 aydan sonra dayandırıla bilər. Kəskin xəstəlik zamanı hiperkoaqulopatiya əlamətləri olan xəstələrdə ağciyər emboliyası üçün profilaktikaya başlamaq və izləmək lazımdır.

D-dimer qeyri-spesifik kəskin faza reaktantıdır. Kəskin iltihabi xəstəliklər, pnevmoniya və sepsislərdə miqdarı yüksəlir.

Kəskin COVID-19 hallarında yüksək aşkarlanmasına sıx rast gəlinir və pis proqnoz göstəricisidir. Venoz tromboemboliyanın kliniki simptomu olmayan xəstələrdə normal D-dimer səviyyəsi ilə kəskin tromb istisna edə bilər.

Sonrakı dövrdə diqqət yetirilməli olan digər məsələlər nələrdir?

 Böyrək funksiyalarının pozulmasına sıx rast gəlinir və miokardit kimi ürək problemləri barədə də məlumatlar vardır. Psixoloji pozğunluqlar da nəzərə alınmalıdır.

İnci Laboratoriyaları olaraq sizin üçün hazırladığımız Post-COVID-19 Müayinə Paketindən yararlanaraq ümumi sağlamlıq durumunuz haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Post-COVID-19 Müayinə Paketi

NCOV IgM (Anticisim)

NCOV Total

Troponin

D Dimer

Hemoqram

CRP

Ferritin

Qlükoza

Amilaza

Lipaza

Sedimentasya

Kreatinin

ALT

AST

ALP

LDH

D Vitamini

Xolesterol

Koronavirus diaqnozu qoyulan xəstələr 4-cü həftədən sonra paketimizdən yararlana bilərlər. Aparılacaq testlər konsultant mütəxəssis həkimlərimiz tərəfindən qiymətləndiriləcək. Xəstələrimizə ümumi sağlamlıq vəziyyəti haqqında ətraflı məlumat veriləcək.

 

 

Don`t copy text!