Elmi məqalələr

Yuxarı tənəffüs yolları infeksiyalarının çox rast gəlinən klinik formalarından biri olan faringitlər udlağın bütün hissələrini – udlaq qövslərini, yumşaq damaq və udlağın ağız hissəsini əhatə edir, yaxud da lokal xarakterli olaraq əsasən damaq badamcıqlarının iltihabı-tonzilitlə məhdudlaşır. Faringitlərin əksəriyyəti (~80%) viruslarla – orto və paramiksovirus, adenovirus, Epşteyn-Barr virusu, rinovirus, respirator sinsitial virus, koronavirus, herpes virus ve Koksaki virusu ilə törədilir. Bakterial faringitlərin isə 90%-i Streptococcus pyogenes (A qrupu beta hemalitik streptokok) tərəfindən törədilir.

A qrupu beta hemalitik streptokokların diaqnostikasında əsnək kultivasiyası və sürətli antigen testlərindən istifadə oluna bilər.

23 İyl, 2019

Strep A swab testi

A qrupu beta hemalitik streptokokların diaqnostikasında əsnək kultivasiyası və sürətli antigen testlərindən (Strep A swab testi) istifadə oluna bilər. Sürətli antigen testlərinin həssaslığı 79-90% , spesifikliyi isə 95% olaraq qiymətləndirilir.… Ətraflı
24 İyn, 2019

Əsnək kultivasiyası

Tək bir əsnək sürüntü materialından işlənilən kultivasiyanın A qrupu beta hemolitik streptokokların aşkarlanması üçün həssaslığı 90-95% olaraq qiymətləndirilir. A qrupu beta hemolitik streptokok (AQBS) –lar müalicədə ilk seçim olan penisilinlərə… Ətraflı
Sizə necə kömək edə bilərik?
Don`t copy text!