a

Müəllif haqqları qorunur! Saytdakı materialların istifadəsi (elektron və yazılı formada) qəti qadağandır!

(051) 229-49-80

info@incilab.az
Bakı ş., Bül-Bül pr., 58G,

Son yazılar

* 1113

İş saatları 08:00 - 22:00

Bazar Qeyri-iş günü

(012) 493-80-47/48

info@incilab.az

Mərkəzi Laboratoriya

Bakı ş., Bül-Bül pr., 58G,

E-RANDEVU

ALLERQOLOGİYA

Allergiya həyat keyfiyyətini  və ya məktəb yaşlarında fərdi qazanc səviyyəsini aşağı salan sağlamlıq problemidir. Rastgəlmə tezliyi sürətlə artmaqdadır.

Allergiya – ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.) təsiri ilə orqanizmdə qeyri-adi (qabarıq) cavab reaksiyası yarada bilər.

1906-cı ildə Clemens von Pirquet tərəfindən istifadə edilən  allergiya termini, ümumilikdə orqanizmin fərqli cavab reaksiyası kimi qəbul oluna bilər. Yunan dilində “allos” digər, “ergos ” isə reaksiya mənasını verir.

Allergik cavab bəzi insanların zərərli olmayan agentlərə qarşı hiperhəssaslıq göstərməsidir. Bu hiperhəssaslıq nəticəsində allergik xəstəliyin klinik təzahüri olan allergiya meydana gəlir.

Allergiyanın simptomları:

  • Dəridə: angioödem, atopik dermatit, qaşınma, qızartı
  • Gözlərdə: qızartı, qaşınma, sulanma
  • Burunda: asqırma, burun tutulması və burun axması
  • Aşağı tənəffüs yolları: tənəffüsün çətinləşməsi, xışıltılı tənəffüs, öskürək
  • Ürək-damar sistemi: taxikardiya,təzyiqin aşağı düşməsi
  • Həzm sistemi: allergik ezofagit, gastrit, gastroenterit
  • Anaflaktik şok: ödem, qan təzyiqinin ani enməsi, qaşınma, qızartı, boğaz və dil şişməsi, baş gicəllənmə, ürəkbulanma, ishal, şok, huşun itməsi

Allergiya testləri:

  • Pediatrik panel
  • Qida allergiya paneli
  • Tənəffüs allergiya paneli
  • Digər panellər