İnci Laboratoriyaları klinik laborator diaqnostikanın bütün sahələri, o cümlədən Biokimya, Mikrobiologiya, İmmunologiya, Molekulyar genetika istiqamətləri üzrə xidmət göstərir, ən müasir nəzəri və praktik yenilikləri tətbiq edir.
Laboratoriyamızda dünyanın istinad (qabaqcıl) mərkəzlərində istifadə olunan tam avtomatlaşdırılmış, ən müasir biokimyəvi, mikrobioloji, immunoloji, genetik və digər analizatorlar mövcuddur. EUCAST, CLSI və ISO kimi müstəqil qurumların keyfiyyət standartları əsas istiqamət götürülür. Bununla yanaşı, xidmətlərimizdən istifadə edən dəyərli pasiyentlərin təklif və tövsiyələri günbəgün inkişafımızda mühüm rola malikdir.
Bizimlə əməkdaşlıq edən müalicə həkimləri laborator müayinə istəklərinə uyğun barkodlanmış nümunələr laboratoriyamıza daxil olduqdan qısa müddət sonra analiz nəticələrini öz kompyuterlərində görə biləcəklər. Pasiyentlərimiz dünyanın istənilən ölkəsindən şəxsi kodları ilə saytımıza daxil olaraq laborator analizlərinin nəticələrini əldə edə biləcəklər.
Laboratoriyamız 2017-ci ilin əvvəlində Bakı şəhərində HB Güven Klinikasının daxilində fəaliyyətə başlamışdır. Gəncə şəhərində yerləşən ikinci laboratoriyamız 2017-ci ilin sentyabr ayında Yeni Gəncə Tibb Mərkəzinin nəzdində açılmışdır. 2018-ci ilin payızında Tovuz şəhərində yerləşən laboratoriyamız fəaliyyətə başlamış, elə həmin ilin sonunda Bakı şəhəri, Bülbül prospekti 58G ünvanında İnci Laboratoriyalarının Mərkəzi Laboratoriyası açılmışdır. Bununla da İnci Laboratoriyalarının müxtəlif bölmələrində göstərilən laboratoriya xidmətlərinin bir nöqtədə toplanması qrupumuzun laboratoriya xidmətlərinin daha da inkişafına öz töhfəsini vermişdir. 2020-ci ilin əvvəlindən isə İnci Laboratoriyaları Sumqayıt şəhərində də fəaliyyətə başlayıb. İnci Laboratoriyaları qurulmuş infrastrukturu və qısa müddətdə hazırlanmış geniş test paneli ilə bir sıra istiqamətlər üzrə artıq ölkəmizə istinad xidməti göstərməyə başlayıb.
2019-cu ildə Laboratoriyamızın baxışında nəzərdə tutulan inkişaf proqramına uyğun olaraq, Türkiyədə 2002-ci ildən bəri fəaliyyət göstərən Acıbadem Labmed Laboratoriyası ilə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Laboratoriyamız bütün filialları ilə birlikdə göstərdiyi xidmətin keyfiyyətini sənədləşdirərək, ISO-15189 akkreditasiyasının tələblərinə uyğunlaşdırır. Yaxınlarda müvafiq akkreditasiyadan keçmək üçün hazırlıq işləri tamamlanacaqdır.