COVID-19

Xəstəxanaya yerləşdirilən xəstələrin əksəriyyəti (80%) viral pnevmoniya ilə adi klinik şöbədə izlənildiyi halda, 20%-i müalicə üçün  reanimasiya şöbəsinə yatırılır ki, bunların da təxminən 5%-i intubasiya olunur. Covid-19-un uzunmüddətli fəsadları bu günlərdə ortaya çıxmağa başlasa da, keçmişdə SARS və MERS təcrübələrinə nəzər saldıqda, bu fəsadların əsasən tənəffüs sistemini əhatə etdiyi aydın olur. Radioloji və klinik simptomlar gözlənilən ağırlaşmaların interstisial ağciyər xəstəliyi və pulmonar vaskulyar xəstəliklər şəklində olacağını göstərir.

COVID-19 xəstələrinin müşahidəsi məqsədilə təkrar radioloji müayinələr üçün optimal vaxt məlum deyil. Britaniya Torakal Cəmiyyətinin (BTS) hazırkı təlimatlarında bakterial və ya viral pnevmoniyadan 6 həftə sonra döş qəfəsinin nəzarət rentgenoqrafiyası tövsiyə edilir. Amerika Torakal Cəmiyyətinin (ATS) təlimatında rutin təqib tövsiyə edilmir və radioloji rezolyusiya üçün optimal vaxtın 12 həftə olduğu bildirilir.

MERS və SARS-dan fərqli olaraq, kəskin COVID-19 infeksiyasında venoz tromboemboliya və in situ tromboz riski yüksəkdir. Buna görə də, radioloji rezolyusiyanın təqibi ilə yanaşı, post COVID-19 dövründə xroniki tromboembolik xəstəlik və ağciyər hipertenziyası (PH) baxımından müşahidə tələb olunur.

Reanimasiya önü  şöbəyə (intensiv terapiya şöbəsi)  və ya reanimasiya şöbəsinə yerləşdirilən xəstələrin monitorinqi

 Birinci xəstə qrupu “klinik və radioloji cəhətdən ağır COVID-19 pnevmoniyası diaqnozu qoyulmuş və reanimasiya önü və ya reanimasiya şöbəsində izlənilən xəstələrdir”. Bu qrup xəstələrdə 4-6 həftədən sonra üz-üzə və ya telefonla:

Nəfəs darlığını araşdırın və müalicə planlayın.

Yeni pulmonar emboliya simptomlarını araşdırın.

Simptomlara uyğun müalicə planlayın.

Ehtiyaca uyğun olaraq oksigen dəstəyi təmin edin.

Psixososial dəstək verin.

Təşviş, yorğunluq, post-covid öskürək və yeni diaqnoz qoyulmuş tromboembolik hadisələrin müalicəsini planlayın.

Bu xəstə qrupu 12-ci həftənin sonunda tam klinik qiymətləndirmədən və döş qəfəsinin rentgenoqrafiyasından keçməlidir. Döş qəfəsinin rentgenoqrafiyası normaldırsa (kiçik seqmentar atelektazlar istisna olmaqla) və kliniki simptomlar yoxdursa, həmin şəxsin müşahidəsi dayandırıla bilər. Döş qəfəsinin rentgenoqrafiyasında gözlənilən yaxşılaşma baş vermədikdə:

TLco daxil olmaqla tam ağciyər funksiyası testləri;

6 dəqiqəlik gəzinti testi və oksigen saturasiyası monitorinqi;

Exokardioqrafiya;

Bəlğəm ifrazı varsa bəlğəm analizi;

Pulmonar reabilitasiya;

Pulmonar emboliyanın araşdırılması və ya kəskin xəstəlik də inkişaf edibsə, emboliyanın ağırlaşmasının araşdırılması lazımdır.

Reanimasiya önü və ya reanimasiya şöbəsində müalicə almayan xəstələrin təqibi

Reanimasiya önü və ya reanimasiya şöbəsində izlənilməmiş yüngül və ya orta dərəcəli klinik və radioloji COVID-19 pnevmoniyası olan xəstələrin 12-ci həftənin sonunda çəkilmiş döş qəfəsi rentgenoqrafiyası normal və ya normala yaxın olduqda, onların müşahidəsi dayandırıla bilər.

Bu müşahidə nəticəsində təngnəfəslik, sinə ağrısı və ya öskürək əlamətlərinin davam etdiyi aşkar edilən şəxslər pulmonar emboliya, interstisial ağciyər xəstəliyi və ya ikincili infeksiya baxımından qiymətləndirilməlidirlər. Bu məqsədlə:

Yüksək rezolyusiyalı ağciyər tomoqrafiyası və ya ağciyər kompüter tomoqrafiyası angioqrafiyası;

Saturasiyanın ölçülməsi ilə gəzinti testi;

Exokardioqrafiya müayinəsi aparılmalıdır.

COVID-19-da ağciyər emboliyasının təqibi necə olmalıdır?

Kəskin xəstəlik dövründə ağciyər emboliyası aşkar edilən xəstələr xroniki tromboembolik pulmonar hipertenziya baxımından izlənilməlidir. Belə bir simptom yoxdursa, antikoaqulyant terapiya 3 aydan sonra dayandırıla bilər. Kəskin xəstəlik zamanı hiperkoaqulopatiya əlamətləri olan xəstələrdə ağciyər emboliyası üçün profilaktikaya başlamaq və izləmək lazımdır.

D-dimer qeyri-spesifik kəskin faza reaktantıdır. Kəskin iltihabi xəstəliklər, pnevmoniya və sepsislərdə miqdarı yüksəlir.

Kəskin COVID-19 hallarında yüksək aşkarlanmasına sıx rast gəlinir və pis proqnoz göstəricisidir. Venoz tromboemboliyanın kliniki simptomu olmayan xəstələrdə normal D-dimer səviyyəsi ilə kəskin tromb istisna edə bilər.

Sonrakı dövrdə diqqət yetirilməli olan digər məsələlər nələrdir?

 Böyrək funksiyalarının pozulmasına sıx rast gəlinir və miokardit kimi ürək problemləri barədə də məlumatlar vardır. Psixoloji pozğunluqlar da nəzərə alınmalıdır.

İnci Laboratoriyaları olaraq sizin üçün hazırladığımız Post-COVID-19 Müayinə Paketindən yararlanaraq ümumi sağlamlıq durumunuz haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Post-COVID-19 Müayinə Paketi

NCOV IgM (Anticisim)

NCOV Total

Troponin

D Dimer

Hemoqram

CRP

Ferritin

Qlükoza

Amilaza

Lipaza

Sedimentasya

Kreatinin

ALT

AST

ALP

LDH

D Vitamini

Xolesterol

Koronavirus diaqnozu qoyulan xəstələr 4-cü həftədən sonra paketimizdən yararlana bilərlər. Aparılacaq testlər konsultant mütəxəssis həkimlərimiz tərəfindən qiymətləndiriləcək. Xəstələrimizə ümumi sağlamlıq vəziyyəti haqqında ətraflı məlumat veriləcək.

 

 

27 Noy, 2021

PCR (PZR) testi nədir?

COVID-19 xəstəliyi yayıldıqdan sonra ən çox adı çəkilən testlərdən biri də PZR (Polimeralı Zəncirvari Reaksiya) oldu. PZR (PCR) virusların molekulyar diaqnostikasında da istifadə edilən mikrobioloji müayinə metodlarından biridir. Bu üsulla… Ətraflı
27 Noy, 2021

COVID-19 Yeni Rəqəmsal Anticisim Testi

Yeni rəqəmsal SARS-CoV-2 anticisim testi, Şiddətli Kəskin Tənəffüs Sindromu Koronavirus-2-yə (SARS-CoV-2) yoluxma və ya vaksinasiyadan sonra formalaşan immunitetin səviyyəsini müəyyən etmək üçün əhəmiyyətli rol oynaya bilər. Test spesifik olarak, virusun… Ətraflı
02 İyl, 2021

Koronavirus nədir?

Koronavirus (latınca – Coronaviridae) genomu məməlilərdə və quşlarda xəstəliyə səbəb olan RNT-dən ibarət viruslar ailəsi olub, 40 növə malikdir. Bu virus insanlara da məhz heyvanlardan keçir və hazırda insanlara yoluxmayan,… Ətraflı
Sizə necə kömək edə bilərik?
Don`t copy text!