Elmi məqalələr

İnfeksiya, toxuma zədələnməsi və ya sistemli iltihab zamanı plazma zülallarının qaraciyərdə sintezinin dəyişdiyi, interleykin və digər sitokinlərin də iştirak etdiyi müddət, kəskin faza reaksiyası adlandırılır. Bu cavab iltihaba spesifik deyil.

Kəskin faza reaksiyasında qanda bəzi zülalların səviyyəsi artır, bəzilərininki isə əksinə azalır. Pozitiv ( artan ) kəskin faza zülalları:
C-reaktiv protein (CRP)
Serum amiloid A
Alfa-1 turşu qlikoprotein
Antitrombin III
Seruloplazmin
Ferritin
Fibrinogen
Haptoqlobin
İnterleykinlər
Prokalsitonin

Neqativ (azalan) kəskin faza zülalları:
Albumin
Prealbumin
Retinol bağlayıcı protein
Tiroksin bağlayıcı qlobulin
Transferrin

12 Okt, 2019

İnfertillik

İnfertillik – reproduktiv dövrdə olan cütlüyün hamiləlikdən qorunmaq üçün hər hansı bir metoddan istifadə etmədən, ən az 1 il mütəmadi cinsi əlaqəyə rəğmən hamiləliyin baş tutmamasıdır. Qadınlarda sonsuzluğu dəyərləndirmək üçün… Ətraflı
24 İyn, 2019

Əsnək kultivasiyası

Tək bir əsnək sürüntü materialından işlənilən kultivasiyanın A qrupu beta hemolitik streptokokların aşkarlanması üçün həssaslığı 90-95% olaraq qiymətləndirilir. A qrupu beta hemolitik streptokok (AQBS) –lar müalicədə ilk seçim olan penisilinlərə… Ətraflı
Sizə necə kömək edə bilərik?
Don`t copy text!