COVID-19

Koronavirus (latınca – Coronaviridae) genomu məməlilərdə və quşlarda xəstəliyə səbəb olan RNT-dən ibarət viruslar ailəsi olub, 40 növə malikdir. Bu virus insanlara da məhz heyvanlardan keçir və hazırda insanlara yoluxmayan, ancaq heyvanlarda rast gəlinən bir çox koronavirus növü mövcuddur. İnsanlarda ilk dəfə koronavirusa 1960-cı ildə rast gəlinib. Koronavirusun bir neçə növü insanlarda yüngül yuxarı tənəffüs yolları xəstəliklərinə, SARS-CoV, MERS-CoV kimi viruslar isə daha ciddi tənəffüs yolları xəstəliklərinə səbəb olur. 2019-cu ilin sonunda Çinin Uhan şəhərində ortaya çıxan SARS-CoV-2 virusu isə COVID-19 xəstəliyinə səbəb olur.

 

COVID-19 xəstəliyinin əsas əlamətləri hansılardır?

Bu virus insandan-insana hava damcı yolu ilə ötürülür. Koronavirusun ümumi simptomları aşağıdakılardır:

– öskürək;

– yüksək hərarət;

– əzələ və oynaq ağrısı;

– dad və qoxu itkisi;

– nəfəs darlığı.

Bunlar ən çox rast gəlinən simptomlar olsa da, bəzi hallarda daha az görülən simptomlar ola bilir.

– boğaz ağrısı;

– baş ağrısı;

– ishal, ürəkbulanma və qusma;

– barmaqların və ayaqların rənginin dəyişməsi.

 

Kimlər risk altındadır?

65 yaşdan yuxarı, xroniki xəstəlikləri və artıq çəkili insanlar risk qrupuna daxildir. Bundan başqa aşağıda qeyd olunan xəstəliklər qrupuna daxil olan şəxslər koronavirusdan qorunmaq üçün daha diqqətli olmalıdırlar:

– onkoloji xəstəliklər;

– ürək çatışmazlığı;

– xroniki böyrək çatışmazlığı;

– KOAH (Xroniki Obstruktiv Ağciyər Xəstəliyi);

– bədən kütlə indeksi (BKİ) 30 və ya daha yüksək olan insanlar;

– tip 2 şəkərli diabet.

Bununla birlikdə, yalnız risk qrupunda daxil olan insanlar deyil, hər kəs qoruyucu tədbirlərə riayət etməlidir.

 

COVID-19 və qrip virusu bir-birindən necə fərqlənir?

Hər iki virusun ümumi simptomları hərarət, öskürək, burun axıntısı, nəfəs darlığı, halsızlıq, boğaz, oynaq və baş ağrısıdır. COVID-19-da qripdən fərqli olaraq ishal, ürəkbulanma, qusma, qoxu və dad hissinin itməsi daha aydın görünür. Bu simptomlar müşahidə edildikdə vaxt itirmədən təcili yardıma və ya mütəxəssisə müraciət etmək vacibdir.

27 Noy, 2021

COVID-19 Yeni Rəqəmsal Anticisim Testi

Yeni rəqəmsal SARS-CoV-2 anticisim testi, Şiddətli Kəskin Tənəffüs Sindromu Koronavirus-2-yə (SARS-CoV-2) yoluxma və ya vaksinasiyadan sonra formalaşan immunitetin səviyyəsini müəyyən etmək üçün əhəmiyyətli rol oynaya bilər. Test spesifik olarak, virusun… Ətraflı
11 Yan, 2022

Post-COVID-19 SİNDROMU

Post-COVID Sindromu (PCS) nədir? COVID-19 pandemiyası indiyə qədər görünməmiş viral pnevmoniya dalğasına səbəb olmuşdur. Ən çox təsirə məruz qalanlar yaşlı kişi xəstələr və hipertoniya, piylənmə və diabet kimi yanaşı xəstəliyi… Ətraflı
Sizə necə kömək edə bilərik?
Don`t copy text!