Polimeraz zəncirvari reaksiya (PZR) alınan nümunədə hətta çox az miqdarda olan DNT-nin amplifikasiyasına və mikroorqanizmin müəyyənləşdirilməsinə imkan verən bir üsuldur. DNT-əsaslı üsullar xəstəliyin agentinin birbaşa nümunədən aşkar olunmasını təmin edir. Bu isə xəstəliyin diaqnozunun daha tez qoyulmasına və müalicə müddətinin erkən başlanmasına kömək edir.
Molekulyar Mikrobioloji laboratoriyamızda Real-Time PCR, FLASH modifikasiya kimi müxtəlif metodlarla kəmiyyət və keyfiyyət nəticələri verən bir çox testlər həyata keçirilir. Bütün molekulyar mikrobioloji tədqiqatlarımızın üstün cəhəti hər müayinədə daxili kontrollarla birlikdə prosesin müxtəlif səviyyələrində pozitiv və neqativ kontrolların istifadə olunmasıdır.