Xəbər

Analizlər üçün alınmış nü­mu­nələrin travma və təzyiqə da­vamlı, sızdırmayan qabın içərisində, müvafiq şəraitdə daşınması təmin edilməlidir.

Nümunə daha sonra xüsusi strafor/süngərin içərisinə yerləşdiri­lərək strafor qapaqla ağzı bağlan­malı, daşıma çantasına qoyulmalıdır.

Beləliklə, daşınma zamanı birinci qabda hər hansı bir sızma olsa belə, strafor və nümunə daşıma çantası tərəfindən sızmanın qarşısı alınacaq. Çantanın içərisində  soyuq mühit əmələ gəlməsi üçün buz kasetlər istifadə edilir. 2-80 C-də da­şınmalı nümunələr çantanın içəri­sinə, -200 C-də daşınması vacib olan nümunələr isə çantadakı buz kasetinə təmas edəcək şəkildə yerləşdirilməli, ya da ehtiyac varsa quru buz ilə göndərilməlidir. Tam doldurulmuş “Analizlər üçün İstək Forması”nı da çantaya qoyulmalı və ya müvafiq kuryerə verilməlidir.

Şəhər daxili

Spesifik testlər üçün Labo­ratoriyamıza göndəriləcəyi müəyyən edilmiş nümunələr kuryerlər tərə­findən həftə ərzində saat 08.00-19.00 arası mərkəzlərdən götürülür. Bu zaman “Analizlər üçün İstək For­ması”, göndərən müəssisə tərəfindən kuryerin nümunələri aldığı saat hissəsi mütləq doldurulmalı, vacib hissələr imzalanmalıdır. Nümunə “Kuryer Nümunə Təhvil Alma Forması” ilə birlikdə laboratoriyaya gətirilir, Nümunə Qəbul və Qey­diyyat bölməsinə təhvil verilir.

Kuryer tərəfindən verilən “Kuryer Nümunə Təhvil Alma For­­ması” -nı doldurulub imzalan­malıdır.

Şəhər xarici

Kənar mərkəzlərdən göndə­rilən nümunələr isə nümunəni gön­dərən müəsisə tərəfindən yuxarıda göstərilmiş şəkildə hazırlanır, “Ana­lizlər üçün İstək Formaları” dol­du­rulur, karqoya təslim edərək labo­rato­riyaya çatdırılır.

Çantanın daxilindəki tempe­raturun kontrolu üçün uzaqda yer­ləşən müəssisələrə ayda bir dəfə, şəhər daxili müəsisələrə isə həftədə bir dəfə istifadə təlimatı ilə birlikdə “data logger” göndərilir. Çantalar açıl­dıqdan sonra “data logger” ölç­mələri aparılır və qeyd olunur.

Dondurulmuş nümunə­lə­rin daşınması

İstək olunmuşsa, dondu­rul­muş nümunələr xüsusi kuryerlər va­sitəsilə təhvil alınır. Şəhər xaricindən gələn nümunələr quru buz ilə gön­dərilməlidir.

Təcili nümunələr

Laboratoriyanın test katalo­qunda yer alan nəticə vermə zama­nından xaric təcili nümunə olduğu hallarda, “Analizlər üçün İstək Forması”nın üzərinə böyük və qır­mızı hərflərlə “TƏCİLİ” yazılmalı, nümunəni alan kuryerlərə bu barədə məlumat verilməli və/və ya labo­ra­toriya bu barədə telefonla məlumat­lan­dırılaraq nümunələr laborato­riya­ya göndərilməlidir. Əgər kuryerin mərkəzə gəlmə saatı deyilsə, labora­toriyaya məlumat verilərək kuryerin tələb olunan mərkəzə yönlən­diril­məsi təmin edilir. Laboratoriyaya gəldikdən sonra nümunələr dərhal prosesə cəlb edilərək, təcili işlənilir.

08 Avq, 2018

Laser Dentistry: The New Way

Duis mollis, est non commodo luctus, nisi erat porttitor ligula, eget lacinia odio sem nec elit. Morbi leo risus, porta ac consectetur ac, vestibu lum at eros. Nulla vitae elit libero, a pharetra augue.

Ətraflı
20 Yan, 2019

You Want Know About Dentist

Duis mollis, est non commodo luctus, nisi erat porttitor ligula, eget lacinia odio sem nec elit. Morbi leo risus, porta ac consectetur ac, vestibu lum at eros. Nulla vitae elit libero, a pharetra augue.

Ətraflı
Don`t copy text!