Məlumatlar

Siz də bu sualı tez-tez özünüzdən soruşursunuzsa, deməli müayinə olunmağın tam vaxtıdır.

Saç tökülməsi son dövrlər bir çox şəxsin üzləşdiyi sağlamlıq problemlərindən biridir. Bu problemin əsas yaranma səbəblərinə irsiyyət, immunoloji və endokrin xəstəliklər, stress, vitamin çatışmazlığı, baş dərisinin xəstəlikləri, qeyri-düzgün qidalanma və s. daxildir.
Əgər siz də saçlarınızın sürətlə töküldüyünün şahidi olur və səbəbini bilmirsinizsə, həkim-trixoloqa müraciət etməyiniz tövsiyə olunur. Saçların vəziyyəti orqanizmin daxili vəziyyətini əks etdirdiyindən səbəbləri mütləq araşdırılmalıdır.

Həkim-mütəxəssis tərəfindən təyin edilən analizləri isə İnci Laboratoriyalarının bütün filiallarında rahatlıqla verə bilərsiniz.

29 İyl, 2019

Ferritin test

İnsan orqanizmi normada 1qr dəmir depolaya bilir. Bunun böyük hissəsi ferritinlə birləşmiş olur.Ferritin 24 identik alt vahiddən ibarət olub, 3000-4500-ə qədər Fe+3 dəmir atomu tərəfindən əhatəyə alınmış zülaldır. Dəmir ilə… Ətraflı
09 Avq, 2019

LDH – Laktatdehidrogenaz

Orqanizmin bütün toxumalarında tapılan sitoplazmatik ferment olub, qlikoliz prosesinin sonunda yaranan piruvatın anaerob şəraitdə laktata çevrilmə prosesinin katalizatorudur. LDH-ın aktivliyi kəskin miokard infarktından 24-48 saat sonra yüksəlməyə başlayır, 3-6 günə… Ətraflı
14 Avq, 2019

Rubella (Məxmərək virusu)

Məxmərək əsasən uşaqlarda rast gəlinən səpkilərlə və limfoadenopatiya ilə müşahidə olunan kəskin qızdırmalı xəstəlikdir. İnfeksiya mənbəyi klinik və simptomsuz olan xəstə insanlardır. Yoluxma hava-damcı yolu ilə baş verir. Hamilə qadınlarda… Ətraflı
Sizə necə kömək edə bilərik?
Don`t copy text!