a

Müəllif haqqları qorunur! Saytdakı materialların istifadəsi (elektron və yazılı formada) qəti qadağandır!

(051) 229-49-80

info@incilab.az
Bakı ş., Bül-Bül pr., 58G,

Son yazılar

* 1113

İş saatları 08:00 - 22:00

Bazar Qeyri-iş günü

(012) 493-80-47/48

info@incilab.az

Mərkəzi Laboratoriya

Bakı ş., Bül-Bül pr., 58G,

E-RANDEVU

Ümumi Check Up

ÜMUMİ SAĞLAMLIQ KONTROLU
(CHECK-UP) NƏDİR?
Check-Up heç bir şikayəti olmayan sağlam adamların
ümumi sağlamlığının vaxtaşırı yoxlanması, yarana biləcək
xəstəliklərin vaxtında qarşısını almaq üçün həyata keçirilən
müayinə növüdür. Müayinə nəticəsində hər hansı bir xəstəliyin
risk faktorunun və ya özünün erkən mərhələdə aşkar
olunması vaxt itkisinin qarşısını alır. Son zamanlar özünə
diqqət yetirən insanların Check-Up proqramları ilə mütəmadi
olaraq sağlamlıq kontrolundan keçmələri ciddi aktuallıq
qazanmışdır.

CHECK-UP NƏ ÜÇÜN LAZIMDIR?
Check-Up cinsindən və yaşından asılı olmayaraq hər kəs
üçün vacib skrininq metodudur.
Diabet, xolesterol yüksəkliyi, ürək-damar, osteoporoz kimi
xəstəliklərin, süd vəzi, uşaqlıq və uşaqlıq boynu, yoğun bağırsaq,
sidik kisəsi və prostat vəzi kimi bəzi orqanların xərçənginin
həmçinin rastgəlmə tezliyinin artması sağlamlıq
müayinələrinin müntəzəm aparılmasını vacib edir. Xüsusilə
də genetik risk daşıyan şəxslərin ən azı ildə bir dəfə Check-
Up müayinədən keçmələri ilə qeyd edilən xəstəliklərin qarşısını
almaq mümkündür.
Hər hansı sağlamlıq problemi olmayan insanlar ildə bir dəfə
ümumi Check-Up müayinədən keçməlidilər. Yaş, çəki,
irsi faktor, əvvəllər keçirilmiş xəstəlik anamnezi və həyat
tərzi kimi bir çox nüanslar nəzərə alınaraq hər bir şəxs üçün
fərdi Check-Up paketi də hazırlana bilər.

CHECK-UP MÜAYİNƏDƏN
KİMLƏR KEÇMƏLİDİR?

  • Ailəsində piylənmə, diabet və yüksək təzyiq kimi
    xroniki xəstəlik olanlar;
  • Ginekoloji orqanlar, süd vəzi və prostat vəzi xərcəngi
    kimi xəstələklər üçün risk qrupuna daxil olanlar;
  • Digər xroniki və irsi xəstələklər üçün risk qrupuna daxil
    olanlar;
  • Gərgin şəraitdə və ağır stress altında işləyənlər;

 

Əksər hallarda ciddi şikayətlərimiz olmadan həkimə müraciət
etmirik. Halbuki gündəlik həyatımızda əhəmiyyət vermədiyimiz
halsızlıq, yorğunluq, başağrısı kimi problemlər
ciddi xəstəliyin əlamətləri ola bilər.
Bəzən isə həyati təhlükəsi olan xəstəliklər hər hansı əlamət
olmadan inkişaf edir.
Hər il mütəmadi aparılan sağlamlıq müayinələri bu xəstəliklərin
aşkar olunması baxımından vacibdir.
Bundan başqa, Check-Up müayinələrin nəticəsinə uyğun
olaraq həyat tərzinizdə ediləcək dəyişikliklər gələcəkdə
inkişaf edə biləcək ürək xəstəlikləri, şəkər, təzyiq, qanazlığı
və sümüklərin lizisi kimi xəstəliklərin də qarşısını almağa
imkan verir.
Fərdi sağlamlıq analizi proqramı tərtib edilərkən başlıca
hədəfimiz şəxslərin xəstəliklərdən qorunmasını təmin etməkdir.

Fərdi:

Genetik quruluşunu, qidalanma və idman vərdişlərini, sosial
həyatını, təhsil və iqtisadi səviyyəsini, yaşadığı ətraf mühit
amillərini nəzərə aldıqda hər bir şəxsi dünyada “tək” hesab
etmək olar. Bu baxımdan, Check-Up adlandırılan sağlamlıq
analizləri yalnız sizə aid olduqda daha faydalı olur.

Fərdi sağlamlıq analizi proqramında nəzərə alınır:

Əsas Check-Up testlərinə əlavə olaraq şəxsin şikayət və ehtiyacını nəzərə alan panellərdən ibarət müayinələr icra
edirik:

  • Menopauza dövrünü daha sağlam keçirmək istəyən
    qadınlar.
  • Xərçəng riski paneli
  • Ürək-damar xəstəlikləri və insult riski paneli
  • Artıq çəkinin idarə olunması paneli
  • Enerji çatışmazlığı, hormonal sağlamlıq paneli
  • Mikroelementlər, vitamin və minerallar paneli
  • Yaddaş qiymətləndirmə paneli
  • Ürək-ağciyər fəaliyyətini qiymətləndirmə paneli
  • Sağlam yaşlanma (anti-aging) paneli