KARDİOLOJİ CHECK UP HAQQINDA MƏLUMAT
Ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsinin əsas səbəbi ateroskleroz hesab edilir. Arteriyaların daxili qatında yağa bənzər maddələrin (onların əsas hissəsini xolesterin təşkil edir) çökməsi – yığılması baş verir. Bu proses davam etdikcə, damar divarı daralmağa başlayır ki, bunun da nəticəsində ürək, beyin və digər üzvlərin qanla təchiz olunması pozulur. Beləliklə, ateroskleroz zamanı arteriyanın divarı qalınlaşır, bir qədər də bərkiyərək öz elastikliyini itirir. Ürəyin qidalanması pozulur və kardioskleroz (“skleroz” – çapıq) adlanan patoloji dəyişikliyə səbəb olur. Kardioskleroz isə öz növbəsində, ürək ritminin pozulması (aritmiya) və ürək çatışmazlığı yaranmasına yol açır.
Ürək-damar sisteminin qiymətləndirməsində və ya infarkt keçirmə ehtimalı olduğunu göstərən testlər bunlardır:
Xolesterol
Triqliseridlər
HDL-xolesterol
LDL-xolesterol
Hs-CRP
Lipoprotein-A
HbA1C
HOMA-İR
Kardioloji markerlər
Kəskin koronar sindrom (KKS) ürəyin işemik xəstəliklərinin, kəskin miokard infarktı və ya stenokardiyanın yaranmasına səbəb olan simptomlar qrupudur. KKS xəstələrinin diaqnostikasında, qiymətləndirilməsində və monitorinqində vacib olan kardioloji markerlər bunlardır:
Kreatin Kinaza (CK)
CK-MB
Troponin I
Mioqlobin
B-tipli natriuretik peptid (BNP və ya NT-proBNP)
Kardioloji markerlər ilə yanaşı istənilən testlər:
AST
ALT
LDH
Elektrolitlər (Na, K)
Qanın ümumi analizi (QÜA)
Unutmayaq ki, aterosklerozun yaranmasının və sonrakı inkişafının qarşını alan əsas faktorlar xəstəliyin vaxtında diaqnostikası, düzgün və vaxtında müalicə olunmasıdır!
KARDİOLOJİ CHECK UP-a DAXİL OLAN TESTLƏR
- QÜA (Qanın Ümumi Analizi) + EÇS
- Qlükoza (aclıq)
- Xolesterol total
- Triqliserid (total)
- HDL-xolesterol
- LDL-xolesterol
- Koaquloqramma paketi
- TSH