Məlumatlar

Heydər Əliyev Mərkəzində Daxili Xəstəliklər Dərnəyinin və Türk Dövlətləri Nefroloji Federasiyasının birgə təşkilatçılığı ilə beynəlxalq konfrans öz işinə başlayıb. Ölkənin qabaqcıl laborator şəbəkələrindən olan İNCI LABORATORİYALARI da bu mühüm tədbirdə xüsusi stendi ilə təmsil olunur.

Üç gün davam edəcək konfrans çərçivəsində İNCI LABORATORİYALARI-nın peşəkar komandası ziyarətçilərə və tibb mütəxəssislərinə müasir laborator diaqnostika imkanları barədə ətraflı məlumat verir. İNCI LABORATORİYALARININ əsas hədəfi sadəcə analiz nəticələri təqdim etmək deyil, həm də həkimlərin klinik qərarlarında onlara ən doğru elmi dəstəyi göstərməkdir.

Sitat: T.ü.f.d. Dr.LEYLA MƏMMƏDOVA “Biz bu mötəbər konfransda iştirak etməkdən böyük məmnunluq duyuruq. İNCI LABORATORİYALARI olaraq məqsədimiz laborator nəticələrin verilməsindən daha genişdir: biz klinik qərarların düzgün şərh olunmasına öz töhfəmizi veririk. Müasir texnologiyalarımız, beynəlxalq standartlara cavab verən keyfiyyətə nəzarət sistemlərimiz və peşəkar komandamızla həkimlərin ən etibarlı tərəfdaşı olmağa hazırıq.”

Əgər siz də tibb sahəsindəki yeniliklərlə tanış olmaq, laboratoriya xidmətləri və yeni əməkdaşlıq imkanları barədə məlumat almaq istəyirsinizsə, Heydər Əliyev Mərkəzində qurulmuş İNCI LABORATORİYALARI stendinə yaxınlaşa bilərsiniz.

01 Avq, 2019

İmmunoqlobulinlər

Orqanizmin immun sisteminin üç əsas komponenti ? B-limfositlər (B-hüceyrələr) ? T-limfositlər (T-hüceyrələr) ? Təbii immun sistemidir. B limfositlər əsasən sümük iliyi hüceyrələrindən, T limfositlər isə timusda yaranır. B- limfositlər immunoqlobulinlər kimi tanınan anticisimlərin… Ətraflı
13 Avq, 2019

Toksoplazmoz

Toksoplazmalar hüceyrədaxili parazitlərdir. Bu ibtidailər insanda infeksiya əmələ gətirdikləri zaman retikulo-endotelial sistem, uşaqlıq, mərkəzi sinir sistemi və retinada yerləşir. Toksoplazmoz anadangəlmə (hamilə qadınlar toksoplazma ilə yoluxduqda) və qazanılmış (doğulduqdan sonra)… Ətraflı
10 Avq, 2019

CK, CK-MB

Hipertrofiyaya məruz qalmış və miokard xəstəliyi olan insanlarda CK-MB izoenzim nisbətinin artdığı bildirilir. CK( kreatin kinaza) : Skelet əzələsi, Ürək əzələsi, Beyin, Prostat Uşaqlıqda olan sitoplazmatik və mitoxondrial fermentdir. Kəskin… Ətraflı
Sizə necə kömək edə bilərik?