Ümumi məlumat
Klinikanın fəaliyyəti ilkin olaraq 2018-ci ildə laboratoriya xidmətləri üzrə başlamışdır. Zaman keçdikcə aydın olmuşdur ki, əhali yalnız laborator xidmət üçün deyil, həm də etibarlı, şəfqətli və daim müraciət oluna bilən bir tibb mərkəzinə ehtiyac duyur. Beləliklə, 2020-ci ildə əhalininin istəyini və tələbatını nəzərə alaraq, bölgənin tibbi ehtiyaclarını daha yüksək səviyyədə təmin edə biləcək mərkəzə ehtiyac duyulduğu bir dövrdə “INCI CLINIC TOVUZ” təsis edilərək fəaliyyətə başlamışdır.
Müasir tibb standartlarına cavab verən infrastruktur, geniş diaqnostik imkanlar və peşəkar həkim heyəti ilə “INCI CLINIC TOVUZ” qısa müddət ərzində rayonun və ümumilikdə regionun ən güvənilən tibb mərkəzinə çevrilmişdir. Burada göstərilən xidmətlərin mahiyyəti sadəcə müalicədən ibarət deyil; hər bir pasiyentin vəziyyətinin düzgün qiymətləndirilməsi, narahatlıqlarının dinlənilməsi və onlara humanist yanaşmanın təmin edilməsi klinikanın əsas prinsiplərini təşkil edir.
Burada atılan hər addım diqqət və qayğı, hər toxunuş isə bir peşakarlıqla doludur. Hər gün onlarla insanın müraciət etməsi, tibb müəssisəsinin həm tibbi, həm də sosial baxımından region üçün əhəmiyyətini bir daha təsdiq edir.
Ümumi sahəsi 283,7 kv m və 2 mərtəbədən ibarət olan klinika binasında tibbin müxtəlif istiqamətləri üzrə müayinələrin, diaqnostik prosedurların və müalicə proseslərinin həyata keçirilməsi üçün şərait yaradılmışdır. Hər mərtəbə öz funksiyasına uyğun olaraq planlaşdırılmış və bölmələr səmərəli şəkildə yerləşdirilmişdir.
Ümumilikdə klinikada müxtəlif ixtisaslar üzrə fəaliyyət göstərən poliknik otaqlar mövcuddur.
Klinikamız geniş tibbi spektri əhatə edən bölmələrdən ibarətdir:
- Ginekologiya
- Terapiya
- Nevrologiya
- Laboratoriya
- Dermatologiya
- USM
Əsas xidmətlərimiz:
- Ambulator müayinələr və konsultasiyalar
- Laboratoriya analizləri və diaqnostika
- Hamiləlik və qadın sağlamlığı
- Ginekoloji prosedurlar
- Dermatoloji prosedurlar
- USM
- EKQ və Exokardioqrafiya
- EEQ və EMQ
Birinci mərtəbədə yerləşən qəbul və qeydiyyat bölməsi, geniş gözləmə zalı, həmçinin laboratoriya və USM otaqları ilkin diaqnostikanın aparılması üçün geniş imkanlar yaradır. İkinci mərtəbədə daha spesifik tibbi xidmətlər göstərilir. Burada ginekologiya, terapiya, dermatologiya, nevrologiya bölmələri fəaliyyət göstərir. Kiçik tibbi prosedurların aparılması üçün nəzərdə tutulmuş otaqlar steril mühit və texniki təchizatla təmin olunmuşdur, bu da müayinə prosesinin dəqiqliyini və effektlivliyini artırır.
Klinikanın bütün otaqları müasir tələblərə uyğun şəkildə hazırlanmışdır. Yüksək keyfiyyətli havalandırma sistemi, pasiyent məxfiyiyinin qorunması və estetik interyer dizaynı klinikanın əsas üstünlükləlidir. Klinikanın bütün otaqları müvafiq sahələr üzrə müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. İstifadə olunan avadanlıqlar yeni nəsil texnologiyalara əsaslanır, ISO və CE standartlara uyğunluğuna görə seçilir. Klinika hər bir cihazı pasiyentlərin təhlükəsizliyi, rahatlığı və dəqiq diaqnostikası üçün xüsusi seçir, bu isə hər müayinədə maksimum dəqiqlik, sürətli nəticə və tam etibar təmin edir.
Klinikanın əsas dəyərlərindən biri yüksək ixtisaslı həkim komandasına sahib olmasıdır. Klinikada fəliyyat göstərən hər bir həkim öz sahəsinin dərin bilicisi, uzun illərin təcrübəsinə sahib olan mütəxəssisdir. Həkim heyəti yerli və beynəlxalq təcrübəyə malikdirlər, seminar və konqreslərdə mütamadi iştirak edirlər, tibbin yenilikərini daim izləyirlər və yeni müalicə metodlarını tətbiq edirlər. Həkim heyəti komanda daxilində çalışdıqları üçün pasiyentin vəziyyətinin hərtərəfli və daha dəqiq qiymətləndirilməsinə və xəstəliyin səbəblərinini müəyyən edilməsinə imkan yaradır.
Klinikanın Baş həkimi, yüksək ixtisaslı həkim mama-ginekoloq, uzun illər ərzində qazandığı peşəkar təcrübə və səriştəsi ilə həm rayon həm də regional səviyyədə nüfuzlu və etibarlı həkim kimi tanınır. Rayon sakinləri onun rəhbərliyi altında göstərilən xidmətlərə tam etibar edir. Bu etibar sayəsində klinika gündən –günə daha çox insan tərəfindən seçilir və bölgədə etibarlı və nüfuzlu bir səhiyyə ünvanı kimi tanınır.
Bir sözlə, “INCI CLINIC TOVUZ”- ölkəmizin qərb regionunda pasiyentlərin etibarını, təhlükəsizliyini və sağlamlığını ən yüksək dəyər kimi qəbul edən tibb müəssisəsidir.
Məlumatlar
Ünvan
Tel
*1113












