İnci Laboratoriyaları klinik laborator diaqnostikanın bütün sahələri, o cümlədən Biokimya, Mikrobiologiya, İmmunologiya, Molekulyar genetika istiqamətləri üzrə xidmət göstərir, ən müasir nəzəri və praktik yenilikləri tətbiq edir.
Laboratoriyamızda dünyanın referens mərkəzlərində istifadə olunan tam avtomatlaşdırılmış, ən müasir biokimyəvi, mikrobioloji, immunoloji, genetik və digər analizatorlar mövcuddur. EUCAST, CLSI və ISO kimi müstəqil qurumların keyfiyyət standartları əsas istiqamət götürülür. Bununla yanaşı, xidmətlərimizdən istifadə edən dəyərli pasiyentlərin təklif və tövsiyələri günbəgün inkişafımızda mühim rola malikdir.
Bizimlə əməkdaşlıq edən müalicə həkimləri laborator müayinə istəklərinə uyğun barkodlanmış nümunələr laboratoriyamıza daxil olduqdan qısa müddət sonra analiz nəticələrini öz kompyuterlərində görə biləcəklər. Pasiyentlərimiz dünyanın istənilən ölkəsindən şəxsi kodları ilə saytımıza daxil olaraq laborator analizlərinin nəticələrini əldə edə biləcəklər.