Məlumatlar

Alfa Fetoprotein (AFP) Fetal serumun əsas zülalıdır. Fetal qaraciyər, embrionun öd kisəsi və digər orqanlar tərəfindən sintez olunur. Bəzi patoloji hallarda yetkin insanların serumda aşkar oluna bilər.

Hamiləliyin əvvəlində fetal serumda maksimum həddə çatır
Hamiləlik boyunca getdikcə azalır
Amnion mayesi və ananın qanında AFP-nin ölçülməsi döldə ola biləcək sinir borusu defekti və xromosom anomaliyalarının aşkar olunmasında skrininq testi kimi istifadə olunur

Çoxdöllü hamiləliklər,
Sinir borusu defekti,
Vaxtından əvvəl düşüklər
Döl ölümü kimi hallarda qan zərdabında səviyyəsi yüksəlir.

Fetal trisomiya18 və ya trisomiya 21-də ana qanında AFP səviyyəsi azalır. Bundan başqa AFP hepatosellülar və rüşeym hüceyrəli karsinomalarda xərçəng markeri kimi istifadə olunur.

 

14 Avq, 2019

Rubella (Məxmərək virusu)

Məxmərək əsasən uşaqlarda rast gəlinən səpkilərlə və limfoadenopatiya ilə müşahidə olunan kəskin qızdırmalı xəstəlikdir. İnfeksiya mənbəyi klinik və simptomsuz olan xəstə insanlardır. Yoluxma hava-damcı yolu ilə baş verir. Hamilə qadınlarda… Ətraflı
03 Avq, 2019

Hipoalbuminemiya

Hipoalbuminemiya qanda olan albumin miqdarının 3.5 g/dL-dən aşağı düşməsidir. Sintezin azalması Katabolizmanın artması Kifayət qədər qəbul olunmaması İstifadə pozulmalarının nəticəsində meydana çıxır. Albumin sıntezinin pozulduğu qaraciyər xəstəlikləri və ağır infeksiyalar… Ətraflı
08 Avq, 2019

Kardioloji göstəricilər


Hər hansı bir molekulun kardioloji göstərici kimi istifadə olunmasıi üçün bir sıra xüsusiyyətlərə malik olmalıdır. Ölçülməsi asan olmalıdır Tez təyin olunan olmalıdır Həssas və spesifik olmalıdır Qanda müəyyən bir müddət… Ətraflı
Sizə necə kömək edə bilərik?
Don`t copy text!