Məlumatlar

Baktermiya nədir?

Bakteremiya qanda canlı bakteriyaların olmasıdır. Diaqnozu qan kultivasiyasının pozitiv olması ilə qoyulur. Ancaq qan kultivasiyasında inkişafın olması hər zaman infeksiyasının olmasını göstərmir.

İnfektiv endokardit və ya infektə intravenoz kateter kimi endovaskulyar qaynaqlı bakteremiyalar primer bakteremiya, pnevmoniya və ya abses kimi endovaskulyar qaynaqlı olmayan bakteremiyalar ikincili bakteremiya olaraq adlandırılır.

Bakteremiya epizodların müddətinə görə müvəqqəti, tranzitor və davamlı olaraq sinifləndirilir. Müvəqqəti bakteremiya adətən diş, qastrointestinal və ya genitourinar sistemə bir müdaxilə olduqda inkişaf edir. Qandakı mikroorqanizmlər sahib (konak) immun sistemi tərəfindən qısa müddətdə təmizlənir.

Tranzitor bakteremiya abses, meninqokoksemiya, qonokoksemiya, pnevmoniya kimi bəzi klinik tabloların varlığında inkişaf edir. Törədici mikroorqanizm infeksion mənbəyindən fasilələrlə qan dövranına keçir. Davamlı bakteremiyada isə intravaskulyar bir mənbədən qan dövranına davamlı olaraq mikroorqanizm keçidi vardır. Adətən infektiv endokarditdə görülür. İnfektə olmuş intravaskulyar kateter, septik trombüs və yad cisimlərdə əmələ gələn biofilmlər də davamlı bakterimeyiya yol açan digər səbəblərdir.

 

Bakteremiyaların etiologiyası

Bakteremiyaların qram pozitiv, qram neqativ, anaerob və ya polimikrobial olaraq sinifləndirilməsi, infeksion qaynağının aşkar olunması və müalicə protokollarının erkən tətbiq olunması üçün önəmlidir. Qram pozitiv bakteriyalar içərisində bakteremiyaya ən çox səbəb olan törədicilər Streptococcus pneumoniae, Staphylococcus aureus və Enterococcus faecium ikən, qram neqativ bakteremiyaya səbəb olan törədicilər Escherichia coli və Pseudomonas aeroginosa-dır.

Pozitiv qan kulturalarının 1-17% -dən anaerob bakteriyalar məsuldur. Bu səbəbdən rutin laboratoriyalarda anaerob kultivasiyanın tətbiqi məsləhət olunur. Ən çox aşkar olunan anaerob bakteriyalar Bacteroides və Fusobacterium növləri, peptostreptokoklar və Clostridium növləridir.

Bakteremiyalar ictimai və xəstəxana mənşəli ola bilər

İctimai mənşəli bakteremiya və fungemiyalar daha çox sağlam şəxslərdə aşkarlanır. Adətən S.pneumonia ilə əlaqədar pnevmoniyadan qaynaqlanır. S.aureus kimi bəzi bakteriyalar xəstənin öz florasından qaynaqlana bildiyi kimi, hər hansı fokal infeksiya nahiyəsindən qan dövranına keçerək sistemik infeksiyaya da səbəb ola bilər. Enterik qızdırma və bruselyoz kimi sistemik xəstəliklər də ictimai mənşəli bakteremiyalar içərisində yer alır. Yetkin şəxslərdə ictimai mənşəli bakteremiya törədiciləri bunlardır

  • E.coli
  • S.pneumonia
  • S.aureus
  • Digər Enterobacteriaceae üzvləri
  • Neisseira meningitidis
  • Beta hemolitik streptokoklar

Xəstəxanaya yatışın ilk 72 saatından sonra aşkarlanan bakteremiyalar xəstəxana mənşəlidir. Xəstəxanada kateterizasiya, immunsupressiv müalicə və antibiotik istifadəsində artıma paralel olaraq xəstəxana mənşəli bakteremiyaların, kandidemiya və digər fungemiyaların tezliyi get gedə artırmaqdadır. İzolə edilən mikroorqanizm növləri xəstə qrupları və xəstəxanada yatış müddətinə görə dəyişir. Bu mikroorqanizmlər:

  • Koaqulaza neqativ stafilokoklar
  • E.coli
  • S.aureus
  • Digər Enterobacteriaceae üzvləri
  • P.aeruginosa
  • Enterokoklar
  • Anaeroblar
  • S.pneumonia
  • Göbələklərdir.

Bakteremiyaya səbəb olan klinik tablolar

Bakteremiya və sespis mənbəyi olaraq ən çox aşkar olunan sistem/nahiyələr – tənəffüs və qastrointestinal sistemlər ilə infektə olmuş intravaskulyar kateterlərdir.

1) Kateterə bağlı qan dövranı sistemi infeksiyaları (KBQDİ) : İntravaskulyar kateterlər, müasir tibbdə və cərrahi müalicələrdə tez-tez istifadə olunan alətlərdir. Koaqulaza neqativ stafilokoklar, S.aureus və enterokok növləri kimi qram pozitiv bakteriyalar tərəfindən kolonizasiyaya və biofilm əmələ gətirilməsinə çox meyillidirlər. Bu səbəbdən xəstəxana mühitində çoxlu antibiotik davamlılığı göstərən KBQDİ –na səbəb olur.

Nadir hallarda intravenoz müalicə zamanı infuziya xəttində bir çatdan kateter kontaminasiya olaraq infuziyaya bağlı bakteremiyaya səbəb ola bilər. Bu vəziyyətdə adətən P.aeruginosa və Enterobacter cloacea kimi qram neqativ bakteriyalar izolə edilir.

Kontaminasiya olmuş qan məhsulları transfuziyası, Total Parenteral Qidalanma məhlulları və ya mayelərin infuziyası da vacib və dramatik nəticələri olan bakteremiya və fungemiya səbəbləri arasındadır.

Son illərdə immun çatışmazlığı olan xəstələrdə kateterə bağlı tuberkuloz xarici (atipik) mikobakteriya infeksiyalarında artım müşahidə olunmaqdadır.

2) Urinar sistem infeksiyaları : Bütün bakteremiyaların 17%-ni təşkil edir. Ən çox aşkarlanan törədici E.coli-dir. Adətən yaşlı xəstələrdə müşahidə olunur.

3) Aşağı tənəffüs yolları infeksiyaları: Bakteremiyaların 12%-ni təşkil edir. Ən çox aşkar olunan törədicilər S.pneumoniae, H.influenzae, S.aureus, P.aeruginosa və Enterobacter aerogenes-dir. Pnevmokok pnevmoniyası xəstələrinin 25%-ində qan kultivasiyası pozitiv olur və bu xəstələrdə mortalite yüksəkdir.

4) İntraabdominal infeksiyalar : Bakteremiyaların 5%-ni təşkil edir. Primer peritonit zamanı ən çox rast gəlinən törədicilər E.coli, K.pneumonia və enterokok növləridir. İkincili bağırsaq perforasiyalarına bağlı olaraq inkişaf edir, intraabdominal absesin əmələ gəlməsi ilə nəticələnir və tranzitor bakteremiyaya səbəb olur. Bu adətən E.coli, anaeroblar və enterokok növləridir.

5) Dəri infeksiyaları : S.aureus, S.pyogenes və Streptococcus agalactiae –ya bağlı sellulitlər bakteremiyaların təxminən 2%-ni təşkil edir. Adətən polimikrobial seyr edir.

6) İnfektiv endokardit : İnfektiv endokardit , ürək qapaqları və ya digər endokardium nahiyələrinin infeksiyasıdır.

 

Qan kultivasiya materialların alınması

Mikrobioloji laboratoriyalarda düzgün qan kultivasiya nəticələrinin əldə olunması preanalitik, analitik və postanalitik mərhələlərin düzgün şəkildə idarə olunması ilə mümkündür. Bu mərhələlər içərisində xətanın olması ehtimalı ən yüksək olan qanın alınması və laboratoriyaya göndərilməsini əhatə edən preanalitik mərhələdir.

  • Qanda mikroorganizm konsentrasiyanın ən yüksək olduğu dövr hərarətin əvvəlki 30-60 dəqiqəlik dövrdür.
  • Hərarət yüksəlməyə başladıqdan sonra ən qısa müddətdə hemokultura alınmalıdır
  • Hemokultura, antibiotik müalicəsi başlanmadan öncə alınmalıdır

 

Qan kultivasiya dəst anlayışı

– Bir dəst ideal olaraq bir aerob, bir anaerob şüşədən ibarətdir. Həm aerob, həm də anaerob şüşə dəstlərinin olması stafilokoklar, Enterobacteriaceae üzvlərinin və anaerobların aşkar olunma ehtimalını artırır.

– Uşaqlarda isə anaerob bakteremiya olma tezliyi böyüklərlə müqayisədə xeyli azdır və anaerob sepsisin inkişaf etməsi üçün risk faktoru daşıyan xəstələr(qarın boşluğu patologiyaları və s.) asanlıqla ayırd edilə bilir. Bu səbəbdən rutində uşaqlarda anaerob şüşə istifadəsinə ehtiyac yoxdur.

 

Materialın miqdarı

Alınan qan miqdarı törədici mikroorqanizmin təyin olunmasına təsir edən ən önəmli faktordur

Alınan qan miqdarı artdıqca törədicinin izolə edilmə ehtimalı artır, kontaminasiya ehtimalı azalır, nəticə verilməsi müddəti qısalar

Bir dəfəyə alına bilinəcək qan miqdarı, xəstənin ümumi qan həcminin %4-5%- i olmalıdır

Pediatrik xəstələrdə, kultivasiya üçün alınan qan miqdarı xəstənin ümumi qan həcminin 1%-dən az olmamalıdır

Yenidoğulmuşlarda

– Yetərli həcmdə (ən az 1 mL) tək hemokultura alınması yetərlidir

Uşaqlarda

– Az sayda mikroorqanizmin təyin olunabilməsi üçün ən az 2 mL qan alınmalıdır

Böyüklərdə

– Hər qan kultivasiya seti üçün alınması lazım olan optimal qan həcmi 20-30 ml-dir

 

05 Avq, 2019

Alfa Fetoprotein (AFP)

Alfa Fetoprotein (AFP) Fetal serumun əsas zülalıdır. Fetal qaraciyər, embrionun öd kisəsi və digər orqanlar tərəfindən sintez olunur. Bəzi patoloji hallarda yetkin insanların serumda aşkar oluna bilər. Hamiləliyin əvvəlində fetal… Ətraflı
Sizə necə kömək edə bilərik?
Don`t copy text!