Məlumatlar

Toksoplazmalar hüceyrədaxili parazitlərdir. Bu ibtidailər insanda infeksiya əmələ gətirdikləri zaman retikulo-endotelial sistem, uşaqlıq, mərkəzi sinir sistemi və retinada yerləşir.
Toksoplazmoz anadangəlmə (hamilə qadınlar toksoplazma ilə yoluxduqda) və qazanılmış (doğulduqdan sonra) ola bilər.Böyüklər 50-90% seropozitivdir.
Yoluxma yolları – İnfektə qidaların və suyun istifadəsi (pseudosista), yaxşı bişməmiş ət (sista), transplasental (trofozoidlər), qan tranfuziyası (trofozoidlər) , orqan nəqli (trofozoidlər, sistalar)

Klinikası
85-90% asimptomatikdir. Simptomatik xəstələrdə mononükleoz bənzəri simptomlar, əzələ ağrısı ,uyuşuqluq , LAP görülə bilir.
Anadangəlmə toksoplazmoz
– Korioretinit, intrakranial kalsifikasiyalar, hidrosefaliya (klassik üçlük)
– Hepatosplenomeqaliya, mikrosefaliya
– Fetal infeksiya riski hamiləliyin ilərləməsi ilə birlikdə artar:
1. trimestrdə – %15 , 2. trimestrdə – %44 , 3. trimestrdə – %71
Fetusdaki zədələnmənin şiddəti hamiləlik həftəsi ilə birlikdə azalır
Döllənmədən öncə keçirilmiş infeksiya fetus baxımından risk daşımır
Diaqnostikası – Seroloji müayinə (Anti Toxo İgM, Anti Toxo İgM, Toxoplasma İgG Avidlik) , amnion mayesində PZR
IgM anticisimləri

İnfeksiyadan 10-14 gün sonra pozitiv olur , 6-18 ay pozitiv qala bilir. 5 % halda ömür boyu pozitivlik görülür.
IgG anticisimləri
1-2 həftə sonra pozitiv olur, ömür boyu pozitiv qalır
Toxoplasma İgG Avidlik
Aktiv primer infeksiyada – avidlik aşağı (15%)
Keçirilmiş infeksiyalarda- yüksək (> 30-80% isə 3- 5 aydan öncə)
Amnion mayesindən DNT PZR üsulunun üstünlükləri
1. 98-100% transplasental yoluxma müəyyənləşir
2. PZR parazitin təyinində ən həssas üsuldur
3. Fetal qan materialına ehtiyac qalmır
Hamiləliyin 18 –ci həftəsindən əvvəl üsulun effektivliyi bəlli deyil

Hamiləliyin Sonlandırılması
Prenatal diaqnostika ilə fetusda infeksiya görülən hallarda düşünmək
1.trimesterdə keçirilən fetal infeksiyalarda tövsiyə olunur
Müalicə edilən ancaq USM da patologiya görülərsə tövsiyə olunur

30 İyl, 2019

Albumin

Plazma zülalların əsas fraksiyası olub 50%-dən çox hissəni təşkil edir. Normal yetkin insanlarda serumda albumin miqdarı 35-50g/L ( 3.5-5.0 g/dL )-dir. Kalsium, bilirubin, yağ turşuları, dərmanlar və steroidləri daşıyır Onkotik… Ətraflı
08 Avq, 2019

Kardioloji göstəricilər


Hər hansı bir molekulun kardioloji göstərici kimi istifadə olunmasıi üçün bir sıra xüsusiyyətlərə malik olmalıdır. Ölçülməsi asan olmalıdır Tez təyin olunan olmalıdır Həssas və spesifik olmalıdır Qanda müəyyən bir müddət… Ətraflı
Sizə necə kömək edə bilərik?
Don`t copy text!