Ürək normada bir protein prekursoru olan pro-BNP-ni aşağı səviyyədə sintez edir. Bu pro-BNP iki yerə parçalanaraq
Aktiv BNP hormonu və
Aktiv olmayan NT-pro-BNP-ni sərbəst vəziyyətə gətirir.
BNP-nin sintez olunma məqsədi
Qan həcminin tənzimlənməsinə və
Dolayı yolla ürəyin qanı orqanizmin hər yerinə qovmasına kömək etməkdir.
Həm BNP, həm də NT-proBNP əsasən ürəyin sol mədəciyində (qanı qovma funksiyasını yerinə yetirən əsas kamerası) sintez olunur. Sol ventrikul (mədəcik) daha gərgin işləmə nəticəsində qanda BNP və NT-proBNP konsentrasiyaları əhəmiyyətli dərəcədə artır. Bu vəziyyət
Ürək çatışmazlığında, həmçinin
Ürək və qan dövranı sisteminə təsir edən digər xəstəliklərdə də müşahidə olunur.
Ürək çatışmazlığı diaqnozunu qoymağa
ürək çatışmazlığının ağırlıq dərəcəsini müəyyən etməyə köməkçi olmaq üçün BNP və ya NT-proBNP istifadə oluna bilər.
Ürək çatışmazlığının müxtəlif səbəbləri vardır. Hələ də bu xəstəliyə ayaqlarda şişkinlik (ödem), tənəffüs çatışmazlığı, nəfəs almada pozğunluq və yorğunluq kimi göstəricilərlə birlikdə əlavə döş qəfəsi rentgeni və EKQ adlanan ultrasanoqrafiya üsulu ilə diaqnoz qoyulur. Ancaq yenə də ürək çatışmazlığı tez-tez başqa xəstəliklərlə səhv salınır.
BNP və NT-proBNP səviyyələri həkimlərə ürək çatışmazlığı ilə ağciyər xəstəliyi problemlərini differensasiya etməyə kömək edir. Ürək çatışmazlığı müxtəlif tibbi müalicələrlə müvəffəqiyyətlə sağaldığına görə düzgün diaqnoz qoymaq mühüm əhəmiyyət kəsb edir.