Elmi məqalələr

İlk dəfə 1930-cu ildə kəskin xəstələrin qan zərdabında tapılan Streptococcus pneumoniae’nın hüceyrə divarı C-polisaxaridinə birləşən və orqanizmləri aqqlütinasiya edən maddə kimi təsvir olunmuşdur. Daha sonra C-reaktiv zülal ( CRP ) olaraq adlandırılmış və bir iltihab göstəricisi kimi istifadə olunmağa başlanılmışdır. Miokard infarktı, stres, travma, infeksiya, iltihab, cərrahi və ya neoplastik proliferasiyalardan sonra plazmada səviyyəsi 1000 dəfəyə qədər yüksələ bilən ən güclü kəskin faza zülallarından biridir.

CRP- nin ölçülməsi:
Müxtəlif xəstəliklərin skrininqi
Revmatiod artrit kimi iltihabi xəstəliyin aktivliyinin qiymətləndirilməsi,
Sistem qırmızı qurd eşənəyi, leykoz və ya cərrahi müdaxilələrdən sonra yaranan infeksiyanın müəyyən olunması
Böyrək transplantasiyası olunmuş xəstələrdə orqan rəddinin təqibi
Neonatal septisemiya
Meningitin araşdırılması üçün klinik cəhətdən çox vacibdir.

Yüksək həssaslığa malik CRP ( high sensitive CRP, hsCRP ) də koronar arteriya xəstəliyi və ateroskleroz üçün risk faktoru olaraq istifadə olunur.

28 İyl, 2019

Kəskin faza reaksiyası (KFR)

İnfeksiya, toxuma zədələnməsi və ya sistemli iltihab zamanı plazma zülallarının qaraciyərdə sintezinin dəyişdiyi, interleykin və digər sitokinlərin də iştirak etdiyi müddət, kəskin faza reaksiyası adlandırılır. Bu cavab iltihaba spesifik deyil.… Ətraflı
12 Okt, 2019

Mioqlobin

Mioqlobin ürək və skelet əzələsinin oksigen birləşdirici proteinidir. Skelet əzələsində yüngül travmalar belə qan zərdabında mioqlobin miqdarını yüksəldərək kəskin miokard infarktının səhv diaqnozuna səbəb ola bilər. İnfarkt diaqnozu qoymaq və… Ətraflı
Sizə necə kömək edə bilərik?
Don`t copy text!