COVID-19

COVID-19 pasportunun iki növü var: “COVID-19 vaksin sertifikatı” və “COVID-19 immunitet sertifikatı”.

“COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “COVID-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir.

Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində E-xidmətlər bölməsinin “Şəxsi Kabinetə giriş” (https://kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə “MyGov” portalına da əlavə edilmişdir.

“Digər xidmətlər” bölməsinə daxil olduqda ekranda “COVID-19 vaksin sertifikatı” və ya “COVID-19 immunitet sertifikatı” seçimləri əks olunur.

Əgər vətəndaş vaksin olunubsa “COVID-19 vaksin sertifikatı”, xəstəliyə yoluxub-sağalmışsa “COVID-19 immunitet sertifikatı” seçimini etməlidir.

Bu zaman təqdim olunan COVID-19 pasportunu elektron formatda yükləmək, eləcə də çap versiyada əldə etmək olar. Qeyd edək ki, COVID-19 pasportunun doğruluğunun sənəddə əks olunan “QR Code” vasitəsi ilə yoxlanılması da mümkündür.

Əlavə olaraq bildirək ki, vətəndaşlar COVID-19 pasportunu “E-Təbib” mobil tətbiqi vasitəsi ilə də əldə edə bilərlər.

Son 6 ay ərzində TƏBİB-in rəsmi sistemində COVID-19 nəticəsi pozitiv olan şəxslər E-Təbib proqramında qeydiyyatdan keçib sertifikat əldə edə bilərlər. COVID-19 pozitiv statusunuzdan 6 aydan çox müddət keçibsə, sizə sertifikat təqdim olunmayacaq.

Qeyd! Bu material İcbati Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumata əsasən hazırlanıb.

27 Noy, 2021

COVID-19 Yeni Rəqəmsal Anticisim Testi

Yeni rəqəmsal SARS-CoV-2 anticisim testi, Şiddətli Kəskin Tənəffüs Sindromu Koronavirus-2-yə (SARS-CoV-2) yoluxma və ya vaksinasiyadan sonra formalaşan immunitetin səviyyəsini müəyyən etmək üçün əhəmiyyətli rol oynaya bilər. Test spesifik olarak, virusun… Ətraflı
16 Yan, 2021

COVID-19 PEYVƏNDLƏRİ HAQQINDA HƏQİQƏTLƏR

Sual: COVID-19 vaksini məni COVID-19 xəstəsi edə bilərmi? Cavab: Xeyr. Ölkəmizə (planlaşdırılan) gətirilməsinə icazə verilən və tövsiyə olunan və ümumiyyətlə COVID-19 vaksinlərinin heç birində bu infeksiyaya səbəb olacaq canlı virus yoxdur.… Ətraflı
Sizə necə kömək edə bilərik?
Don`t copy text!