COVID-19

COVID-19 pasportunun iki növü var: “COVID-19 vaksin sertifikatı” və “COVID-19 immunitet sertifikatı”.

“COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “COVID-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir.

Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində E-xidmətlər bölməsinin “Şəxsi Kabinetə giriş” (https://kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə “MyGov” portalına da əlavə edilmişdir.

“Digər xidmətlər” bölməsinə daxil olduqda ekranda “COVID-19 vaksin sertifikatı” və ya “COVID-19 immunitet sertifikatı” seçimləri əks olunur.

Əgər vətəndaş vaksin olunubsa “COVID-19 vaksin sertifikatı”, xəstəliyə yoluxub-sağalmışsa “COVID-19 immunitet sertifikatı” seçimini etməlidir.

Bu zaman təqdim olunan COVID-19 pasportunu elektron formatda yükləmək, eləcə də çap versiyada əldə etmək olar. Qeyd edək ki, COVID-19 pasportunun doğruluğunun sənəddə əks olunan “QR Code” vasitəsi ilə yoxlanılması da mümkündür.

Əlavə olaraq bildirək ki, vətəndaşlar COVID-19 pasportunu “E-Təbib” mobil tətbiqi vasitəsi ilə də əldə edə bilərlər.

Son 6 ay ərzində TƏBİB-in rəsmi sistemində COVID-19 nəticəsi pozitiv olan şəxslər E-Təbib proqramında qeydiyyatdan keçib sertifikat əldə edə bilərlər. COVID-19 pozitiv statusunuzdan 6 aydan çox müddət keçibsə, sizə sertifikat təqdim olunmayacaq.

Qeyd! Bu material İcbati Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumata əsasən hazırlanıb.

16 Yan, 2021

COVID-19 PEYVƏNDLƏRİ HAQQINDA HƏQİQƏTLƏR

Sual: COVID-19 vaksini məni COVID-19 xəstəsi edə bilərmi? Cavab: Xeyr. Ölkəmizə (planlaşdırılan) gətirilməsinə icazə verilən və tövsiyə olunan və ümumiyyətlə COVID-19 vaksinlərinin heç birində bu infeksiyaya səbəb olacaq canlı virus yoxdur.… Ətraflı
11 Yan, 2022

Post-COVID-19 SİNDROMU

Post-COVID Sindromu (PCS) nədir? COVID-19 pandemiyası indiyə qədər görünməmiş viral pnevmoniya dalğasına səbəb olmuşdur. Ən çox təsirə məruz qalanlar yaşlı kişi xəstələr və hipertoniya, piylənmə və diabet kimi yanaşı xəstəliyi… Ətraflı
Sizə necə kömək edə bilərik?
Don`t copy text!