COVID-19

Sual: COVID-19 vaksini məni COVID-19 xəstəsi edə bilərmi?
Cavab: Xeyr. Ölkəmizə (planlaşdırılan) gətirilməsinə icazə verilən və tövsiyə olunan və ümumiyyətlə COVID-19 vaksinlərinin heç birində bu infeksiyaya səbəb olacaq canlı virus yoxdur. Bu o deməkdir ki, COVID-19 vaksini sizi COVID-19 xəstəsi edə bilməz.
Hazırda inkişaf etdirilən bir neçə müxtəlif vaksin növü var. Bunların hamısı immun sistemlərimizə COVID-19-a səbəb olan virusu necə tanımağı və onlarla mübarizə aparmağı öyrədir. Bəzən bu proses qızdırma kimi simptomlara səbəb ola bilər. Bu simptomlar normaldır və bədənin COVID-19-a səbəb olan virusa qarşı qorunma yaratdığına işarədir.
Peyvənddən sonra orqanizmdə immunitetin formalaşması (COVID-19-a səbəb olan virusa qarşı qorunma) bir neçə həftə çəkir. Bu o deməkdir ki, bir insanın peyvənddən dərhal əvvəl və ya dərhal sonra COVID-19-a səbəb olan virusa yoluxması və hələ də xəstələnməsi mümkündür. Bunun səbəbi peyvənd vurulduqdan sonra qorunmanı təmin etməsi üçün (immunitetin əməl gəlməsi) kifayət qədər vaxtın keçməməsidir.

Sual: COVID-19 vaksini vurulduqdan sonra, virus testlərində COVID-19 üçün pozitiv nəticəm olacaqmı?
Cavab: Xeyr. Nə yaxınlarda icazə verilmiş və tövsiyə olunan peyvəndlər, nə də hazırda dünyada aparılan klinik sınaqlarda olan digər COVID-19 vaksinləri, hazırda infeksiyanız olub-olmadığını yoxlamaq üçün istifadə olunan virus testlərində nəticənizin müsbət olmasına səbəb ola bilməz.
Orqanizminiz-vaksinasiyanın məqsədi olan immunitet reaksiyasını inkişaf etdirərsə-bəzi anticisim testlərində müsbət nəticə ehtimalı var. Anticisim testləri əvvəllər infeksiya keçirdiyinizi və virusa qarşı müəyyən dərəcədə qorunma ehtimalının olduğunu göstərir. Mütəxəssislər hazırda COVID-19 vaksinin anticisim test nəticələrinə necə təsir edə biləcəyini araşdırır.

Sual: Əgər əvvəllər COVID-19 xəstəliyi keçirib-sağalmışamsa, vaksin vurdurmalıyammı?
Cavab: Bəli. COVID-19 ilə əlaqəli ciddi sağlıq risqləri və COVID-19 ilə yenidən yoluxmanın mümkünlüyünə görə, bu infeksiya ilə yoluxub-yoluxmamamğınızdan asılı olmayaraq vaksinasiya olunmağınız tövsiyyə olunur. Hazırda mütəxəssislər COVID-19-dan sağaldıqdan sonra təkrar xəstələnməyə qarşı nə qədər qorunduğunu bilmirlər. təbii immunitet adı verilən infeksiyadan əldə olunmuş immunitet fərdi xüsusiyyət daşıyır və şəxslərə görə dəyişə bilər. Bəzi erkən dəlillər təbii immunitetin çox uzun davam edə bilməyəcəyini göstərir. Vaksinlərin nə qədər effektiv olacağına dair daha çox məlumata sahib olana qədər vaksinasiyanın yaratdığı immunitetin nə qədər davam edəcəyini deyə bilmərik. Həm təbii, həm də vaksinasiya ilə formalaşmış immunitet COVID-19-un mütəxəssislərin daha çox məlumat öyrənməyə çalışdığı istiqamətlərdir və yeni dəlillər tapıldıqca müvafiq qurumlar tərəfindən elan ediləcəkdir.

Sual: COVID-19 vaksini məni bu infeksiya ilə xəstələnməkdən qoruyacaqmı?
Cavab: Bəli. COVID-19 vaksini, immun sisteminizə bu infeksiyaya səbəb olan virusu necə tanıyacağını və onunla necə mübarizə aparmaq lazım olduğunu öyrədərək işləyir və bu sizi COVID-19 ilə xəstələnməkdən qoruyur. Xəstəlikdən qorunma çox əhəmiyyətlidir, çünki COVID-19-lu bir çox insanda yüngül xəstəlik olsa da, digərləri ciddi xəstəliyə yaxalana bilər, uzun vədədə sağlamlıq problemlərinə və ölümə səbəb ola bilər. Ciddi ağırlaşmaların inkişaf etmə riski olmasa da, COVID-19-un sizə necə təsir edəcəyini əvvəldən proqnoz etmənin bir yolu yoxdur.

Sual: COVID-19 vaksinlərinin fərqləri nədir?
Cavab: Bütün bu vaksin növləri COVID-19 infeksiyasına səbəb olan virusu immun sistemimizə daha güvənli tanıtmağı və yox etməyi öyrədəcək formada hazırlanmışdır.
• Xəstəliyə səbəb olmayan, lakin immun cavab formalaşdıran təsirsiz hala salınmış virusdan ibarət vaksinlər (inaktiv vaksinlər)
• Xəstəliyə səbəb olmayan, lakin immun cavab formalaşdıran zəiflədilmiş virusdan ibarət vaksinlər (canlı zəiflədilmiş vaksinlər)
• Etibarlı immun cavab formalaşdırmaq üçün COVID-19 virusunun quruluşunu təqlid edən zülal hissəciklərini istifadə edən zülal əsaslı vaksinlər
• Etibarlı immun cavab formalaşdırmaq üçün COVID-19 virusunun RNT hissəciklərini daşıyan, xəstəlik əmələ gətimə xüsusiyyəti olmayan virus əsaslı virus vektor vaksinləri.
• Özbaşına etibarlı immun cavab formalaşdıran zülal sintez etmək üçün genetik hazırlanmış RNT və DNT hissəciklərini istifadə edən son texnologiya məhsulu olan m-RNT və DNT vaksinləri

Sual: COVID-19 vaksini DNT-mi dəyişdirə bilərmi?
Cavab: Xeyr. COVID-19 mRNT (messenger-məlumat RNT) vaksinləri DNT-nizlə heç bir şəkildə dəyişməz və qarşılıqlı təsirə girməz. mRNT vaksinləri mRNT vaksini adlandırılır. mRNT vaksinləri hüceyrələrimizdə immune cavabı tətikləyən bir zülalın necə sintez olunacağını öyrədir. COVID-19 vaksinindən alınan mRNT, DNT-nin yerləşdiyi hüceyrə nüvəsinə əsla daxil olmur. Bu mRNT-nin DNT-mizə heç bir formada təsir etməyəcəyi və qarşılıqlı əlaqəyə girməyəcəyi deməkdir. Bunun əvəzinə COVID-19 mRNT vaksinləri xəstəliyə qarşı etibarlı immunitet formalaşdırmaq üçün orqanizmin təbii müdafiə sistemləri ilə birlikdə işləyir.
Bu proseslərin nəticəsi olaraq vücudumuz gələcəkdəki infeksiyalardan necə qorunacağını öyrənir. Həqiqi virus orqanizmə daxil olsa belə bizi infeksiyadan qoruyan immun cavab və anticisim sintezidir.

Mənbə: https://www.cdc.gov/coronavirus/2019-ncov/vaccines/facts.html

27 Noy, 2021

COVID-19 Yeni Rəqəmsal Anticisim Testi

Yeni rəqəmsal SARS-CoV-2 anticisim testi, Şiddətli Kəskin Tənəffüs Sindromu Koronavirus-2-yə (SARS-CoV-2) yoluxma və ya vaksinasiyadan sonra formalaşan immunitetin səviyyəsini müəyyən etmək üçün əhəmiyyətli rol oynaya bilər. Test spesifik olarak, virusun… Ətraflı
05 İyl, 2021

COVID-19 pasportu haqqında ümumi məlumat

COVID-19 pasportunun iki növü var: “COVID-19 vaksin sertifikatı” və “COVID-19 immunitet sertifikatı”. “COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “COVID-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir. Sözügedən sertifikatları əldə etmək üçün İcbari… Ətraflı
11 Yan, 2022

Post-COVID-19 SİNDROMU

Post-COVID Sindromu (PCS) nədir? COVID-19 pandemiyası indiyə qədər görünməmiş viral pnevmoniya dalğasına səbəb olmuşdur. Ən çox təsirə məruz qalanlar yaşlı kişi xəstələr və hipertoniya, piylənmə və diabet kimi yanaşı xəstəliyi… Ətraflı
Sizə necə kömək edə bilərik?
Don`t copy text!