Məlumatlar

Bu gün Odlar Yurdu Universiteti ilə İNCİ Laboratoriyaları arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum tələbələrin laboratoriya və klinik mühitdə praktik bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların real iş prosesi ilə yaxından tanış olmaları məqsədini daşıyır.

Memoranduma əsasən, universitetin biologiya ixtisası üzrə təhsil alan tələbələri “İNCİ Laboratoriyaları”nın laboratoriyalarında istehsalat təcrübəsinə cəlb olunacaq. Tələbələr üçün laborator proseslər, müasir analiz metodikaları və diaqnostik prosedurlar üzrə təlim və seminarlar təşkil ediləcək. Bununla yanaşı, onların elmi-tədqiqat fəaliyyətində iştirak etməsi, birgə elmi layihə və tədbirlərin həyata keçirilməsi də əməkdaşlığın əsas istiqamətlərindən biridir.

Memorandum Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, professor Samir Vəliyev və “İNCİ Laboratoriyaları” MMC-nin inzibati direktoru Elnarə Əfəndiyeva tərəfindən imzalanıb.

Professor Samir Vəliyev qeyd edib ki, tələbələrin real iş mühitində təcrübə qazanması onların peşəkar inkişafı və gələcək karyerası üçün mühüm əhəmiyyət daşıyır. Universitet olaraq müxtəlif təşkilatlarla əməkdaşlığa xüsusi önəm veririk. Tələbələrin praktiki mühitdə təcrübə keçməsi onların bilik və bacarıqlarının möhkəmlənməsinə, əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarına imkan yaradır. Təhsilini davam etdirmək və ya biznes fəaliyyəti ilə məşğul olmaq üçün başqa istiqamətlərə yönələn 5–6% də daxil olmaqla məzunlarımızın məşğulluq səviyyəsi təxminən 62–63% təşkil edir. Universitetin Strateji inkişaf və karyera departamentinin rəhbəri Aslan Əzimzadə isə bildirib ki, bu cür əməkdaşlıqlar məzunların məşğulluq imkanlarının genişlənməsinə və onların real iş mühitinə daha tez adaptasiya olunmasına töhfə verir.

İNCİ Laboratoriyaları” MMC-nin inzibati direktoru Elnarə Əfəndiyeva isə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq qeyd edib:

Universitetlə əməkdaşlıq bizim üçün də xüsusi əhəmiyyət daşıyır. Tələbələrin laboratoriya mühitində real iş prosesini yaxından öyrənməsi onların peşəkar formalaşmasına mühüm töhfə verəcək.”

2017-ci ildən fəaliyyət göstərən “İNCİ Laboratoriyaları” Azərbaycanda klinik laborator diaqnostika sahəsində fəaliyyət göstərən aparıcı laboratoriya şəbəkələrindən biridir. Müasir texnologiyalar və peşəkar mütəxəssislərdən ibarət komanda ilə tibbi biokimya, immunologiya, hematologiya, mikrobiologiya, molekulyar diaqnostika və patologiya da daxil olmaqla geniş spektrdə laborator xidmətlər təqdim edir.

İNCİ Laboratoriyalarında müasir avtomatlaşdırılmış analiz sistemləri tətbiq olunur və keyfiyyətə nəzarət beynəlxalq laborator standartlarına uyğun həyata keçirilir. “İNCİ Laboratoriyaları” həm fərdi pasiyentlərə, həm də tibb müəssisələrinə laborator diaqnostika xidmətləri göstərir və laborator təhsilin inkişafına yönəlmiş müxtəlif elmi və tədris təşəbbüslərində iştirak edir.

10 Avq, 2019

CK, CK-MB

Hipertrofiyaya məruz qalmış və miokard xəstəliyi olan insanlarda CK-MB izoenzim nisbətinin artdığı bildirilir. CK( kreatin kinaza) : Skelet əzələsi, Ürək əzələsi, Beyin, Prostat Uşaqlıqda olan sitoplazmatik və mitoxondrial fermentdir. Kəskin… Ətraflı
13 Avq, 2019

Toksoplazmoz

Toksoplazmalar hüceyrədaxili parazitlərdir. Bu ibtidailər insanda infeksiya əmələ gətirdikləri zaman retikulo-endotelial sistem, uşaqlıq, mərkəzi sinir sistemi və retinada yerləşir. Toksoplazmoz anadangəlmə (hamilə qadınlar toksoplazma ilə yoluxduqda) və qazanılmış (doğulduqdan sonra)… Ətraflı
Sizə necə kömək edə bilərik?
Don`t copy text!