Məlumatlar

İntrauterin (bətndaxili) və doğum zamanı yaranan infeksiyalar döl və yenidoğulmuş uşaqların ölümlərinin önəmli səbəbindən biridir. Virusların səbəb olduğu intrauterin və doğuş yollarından keçən infeksiyalar bütün canlı doğumların ən azı 2,5% -ində baş verir. Bu infeksiyaların bir qrupuna TORCH deyilir. Hamiləlik zamanı dölə yoluxan və defektlərə yol açan infeksiyaların aşkarlanması üçün protokollara uyğun olaraq hamiləliyin 3 ayında vəya hamiləliyə hazırlıq zamanı skrininq edilməlidir.

Bu infeksiyalar düşük, ölü doğum, erkən doğum, bətndaxili inkişafdan qalma, anadangəlmə anomaliyalar, doğumda və ya doğuşdan sonra patologiyalara səbəb ola bilər. Bəzi infeksiyalar uzun müddətli sistematik ağırlaşmalara səbəb ola bilər. Bütün bu ağırlaşmalar müalicə həkimini ilkin və ya ikincili infeksiyanın diaqnostikası, hamilənin müalicəsi, dölə müdaxilə və amnion mayenin müayinəsinə ehtiyac olub olamayacağına yönəldəcəkdir.

TORCH panelinə hamilə qadını infektə edib döldə anadangəlmə qüsur və ya ölümə səbəb olan infeksion xəstəliklər daxildir.

Bu infeksion xəstəliklər aşağıdakılardan ibarətdir:
Toxoplasmoz
Other (Sifilis , Varicella –zoster virus, Parvovirus B 19 Enterovirus, Borrelia burgdoferi , HIV)
Rubella
Cytomegalovirus (CMV)
Herpes simplex virus (HSV)

TORCH testi skrininq (tarama) testidir.

Skrininq (tarama) testi nədir ?
Tibbdə skrininq testi hər hansı insan populasiyasında klinik əlamət və simptom olmadığı üçün aşkar edilə bilməyən xəstəlikləri üzə çıxarma üsuludur.
Bu əlamətlər presimptomatik və ya aşkar edilməyən olur. Buna görə də sağlam insanlarda edilir.

Skrininqdə hədəf :
İmmuniteti olmayanları aşkar etmək
Vaksin (Rubella)
Törədiciyə məruz qalmağın qarşısını almaq (Rubella, Toxo)
Hamiləlik zamanı aktiv xəstəliyi aşkarlayıb müalicə etmək (Toxo)

10 Avq, 2019

CK, CK-MB

Hipertrofiyaya məruz qalmış və miokard xəstəliyi olan insanlarda CK-MB izoenzim nisbətinin artdığı bildirilir. CK( kreatin kinaza) : Skelet əzələsi, Ürək əzələsi, Beyin, Prostat Uşaqlıqda olan sitoplazmatik və mitoxondrial fermentdir. Kəskin… Ətraflı
07 Avq, 2019

Krioqlobulin

Krioqlobulin - Qan zərdabı soyudulan zaman dibə çökən zülaldır. Virus hepatitləri (xüsusilə hepatit C) infeksiyon mononukleoz, leykoz, limfoma, makroqlobulinemiya, revmatoid artrit, sistem qırmızı qurd eşənəyi, nefrotik sindrom kimi xəstəliklər zamanı… Ətraflı
08 Avq, 2019

Kardioloji göstəricilər


Hər hansı bir molekulun kardioloji göstərici kimi istifadə olunmasıi üçün bir sıra xüsusiyyətlərə malik olmalıdır. Ölçülməsi asan olmalıdır Tez təyin olunan olmalıdır Həssas və spesifik olmalıdır Qanda müəyyən bir müddət… Ətraflı
Sizə necə kömək edə bilərik?
Don`t copy text!