Məlumatlar

Anemiya (qan azlığı) qanın tərkibində hemoqlobin və eritrositlərin azalması deməkdir. Bu, dünyanın bir çox ölkələrində, həmçinin Azərbaycanda uşaqlar arasında tez-tez rast gəlinən xəstəliklərdən biri hesab edilir. Xəstəlik vaxtında aşkarlanıb, müalicə olunmadıqda orqanizmdə ciddi problemlərə səbəb ola bilər. Diaqnostikası kliniki və laborator göstəricilərə əsasən qoyulur.
Mərkəzi Filialımızda təqdim olunan anemiya paneli ilə övladlarınızın sağlamlığının qeydinə qala bilərsiniz. Anemiya panelində dəmir çatışmazlığı ilə yanaşı, anemiyaya səbəb ola biləcək digər amillər də araşdırılır. B12 vitamini çatışmazlığı və ya fol turşusu çatışmazlığı kimi səbəblərdən qaynaqlanan anemiyanın varlığı bu paneldə təsbit edilə bilər.

Anemiya panelinə daxil olan testlər:

•QÜA (Qanın Ümumi Analizi) + retikulositlər
•Dəmir
•Ferritin
•UİBC
•TİBC
•Vitamin B12
•Fol turşusu
•Periferik qandan preparat

30 İyl, 2019

Albumin

Plazma zülalların əsas fraksiyası olub 50%-dən çox hissəni təşkil edir. Normal yetkin insanlarda serumda albumin miqdarı 35-50g/L ( 3.5-5.0 g/dL )-dir. Kalsium, bilirubin, yağ turşuları, dərmanlar və steroidləri daşıyır Onkotik… Ətraflı
14 Avq, 2019

Rubella (Məxmərək virusu)

Məxmərək əsasən uşaqlarda rast gəlinən səpkilərlə və limfoadenopatiya ilə müşahidə olunan kəskin qızdırmalı xəstəlikdir. İnfeksiya mənbəyi klinik və simptomsuz olan xəstə insanlardır. Yoluxma hava-damcı yolu ilə baş verir. Hamilə qadınlarda… Ətraflı
02 Avq, 2019

Komplement sistemi

Orqanizmin patogenlərə qarşı müdafiə sisteminin plazma mənşəli tamamlayıcı funksiya göstərən hissəsidir. Anticisim-antigen kompleksi tərəfindən aktivləşdirildiyi üçün belə adlandırılmış və immun sistemin immunoqlobulinlərinə dəstək olur. Bu zülallar, komplement fraksiyaları adlandırılır. Qaraciyər… Ətraflı
Sizə necə kömək edə bilərik?
Don`t copy text!