Məlumatlar

Anemiya (qan azlığı) qanın tərkibində hemoqlobin və eritrositlərin azalması deməkdir. Bu, dünyanın bir çox ölkələrində, həmçinin Azərbaycanda uşaqlar arasında tez-tez rast gəlinən xəstəliklərdən biri hesab edilir. Xəstəlik vaxtında aşkarlanıb, müalicə olunmadıqda orqanizmdə ciddi problemlərə səbəb ola bilər. Diaqnostikası kliniki və laborator göstəricilərə əsasən qoyulur.
Mərkəzi Filialımızda təqdim olunan anemiya paneli ilə övladlarınızın sağlamlığının qeydinə qala bilərsiniz. Anemiya panelində dəmir çatışmazlığı ilə yanaşı, anemiyaya səbəb ola biləcək digər amillər də araşdırılır. B12 vitamini çatışmazlığı və ya fol turşusu çatışmazlığı kimi səbəblərdən qaynaqlanan anemiyanın varlığı bu paneldə təsbit edilə bilər.

Anemiya panelinə daxil olan testlər:

•QÜA (Qanın Ümumi Analizi) + retikulositlər
•Dəmir
•Ferritin
•UİBC
•TİBC
•Vitamin B12
•Fol turşusu
•Periferik qandan preparat

02 Avq, 2019

Komplement sistemi

Orqanizmin patogenlərə qarşı müdafiə sisteminin plazma mənşəli tamamlayıcı funksiya göstərən hissəsidir. Anticisim-antigen kompleksi tərəfindən aktivləşdirildiyi üçün belə adlandırılmış və immun sistemin immunoqlobulinlərinə dəstək olur. Bu zülallar, komplement fraksiyaları adlandırılır. Qaraciyər… Ətraflı
14 Avq, 2019

Sitomeqalovirus (CMV) infeksiyası

Sitomeqalovirus (CMV) infeksiyası çox geniş yayılmışdır. Hesab edilir ki, 15-35 yaş qrupunda insanların 50-85% -i bu virus ilə yoluxmuşdur. İnfeksiya mənbəyi kəskin və latent formalı xəstələrdir. Virus orqanizmin bütün mayelərində… Ətraflı
Sizə necə kömək edə bilərik?
Don`t copy text!