a

Müəllif haqqları qorunur! Saytdakı materialların istifadəsi (elektron və yazılı formada) qəti qadağandır!

(051) 229-49-80

info@incilab.az
Bakı ş., Bül-Bül pr., 58G,

Son yazılar

* 1113

İş saatları 08:00 - 22:00

Bazar Qeyri-iş günü

(012) 493-80-47/48

info@incilab.az

Mərkəzi Laboratoriya

Bakı ş., Bül-Bül pr., 58G,

E-RANDEVU

Böyrək funksiyası testləri

Böyrək funksiyası testləri

Böyrək funksiyası testləri

Böyrəklər orqanizmin bir çox funksiyalarını həyata keçirir. Orqanizmin su-elektrolit balansını təmin edir, yad kimyəvi maddələri və metabolizmin son məhsullarını orqanizmdən kənarlaşdırır, turşu-qələvi balansını, renin-angiotenzin sistemi ilə hüceyrəxarici maye həcmini, eritrositlərin sintezini tənzimləyir, Vitamin D-nin hidroksilləşməsini həyata keçirir.

Böyrək funksiyalarını müəyyən etmək üçün sidik və qan analizləri kimi iki qrup testdən istifadə olunur: sidik analizi, zərdabda Na, K, Cl, HCO3, kreatinin, qalıq azot ( BUN ) səviyyəsi, qan nümunəsində böyrəyin kreatinin klirensi və qlomerulyar filtrasiya sürətinin ( GFR ) hesablanması.

Sidik analizi

Günün istənilən vaxtında alınan sidik nümunəsi birdəfəlik sidik adlanır. Gündəlik analizlər üçün istifadə olunur. Səhər ilkin sidiyə üstünlük verilir çünki, bu porsiyada mikroskopiya elementləri və zülalların konsentrasiyası daha yüksəkdir. Sidikdə eritrositlər, leykositlər, zülal böyrək və sidik yolu xəstəliklərinin əlamətlərinə işarədir. Sidik analizi üçün nümunənin təzə olması çox vacibdir. Sidik analizindən düzgün və etibarlı nəticə əldə edə bilmək üçün sidik toplama üsuluna diqqət etmək lazımdır. Kultivasiya üçün orta porsiya sidik götürülməlidir. Orta porsiya sidiyini soyuducuda altı saat saxlamaq olar. 24 saatlıq sidik təmiz, steril və tünd şüşəli qaba yığılmalıdır. Tünd şüşə olmadıqda sidik qaranlıq yerdə saxlanılmalı və ya şüşənin ətrafı kağızla bağlanmalıdır. Səhər 7.00 və ya 8.00 dan başlayaraq sidiyin ilk hissəsi axıdılmalı, bundan sonrakı bütün sidik növbəti gün eyni saata qədər, son sidik də əlavə olunmaqla yığılmalıdır.

Mikroalbumin

Normal sidikdə zülal təyin oluna bilməyəcək dərəcədə azdır. Ancaq çox həssas metodlarla 150mg/gün -dən çox olmayan proteinuriyanı təyin etmək mümkündür. Hamilələrdə sidikdə zülalın miqdarı 300 mg/günə qədər arta bilər. Lakin sidikdə zülal 3.5qr/gün dən yüksəkdirsə nefrotik sindromdan şübhələnmək olar.

Diabet və ya hipertoniya xəstəliyi olanlarda böyrək xəstəliyini erkən dövrlərdə aşkar etmək üçün ildə bir dəfə sidikdə zülalın (mikroalbumin) miqdarının yoxlanılması vacibdir. Albumin və ya mikroalbumin miqdarı ilə birlikdə kreatinin də ölçüldükdən sonra mikroalbumin/kreatinin səviyyəsi ( albumin/kreatinin səviyyəsi də deyilir) hesablanılır.

Qlomerulyar filtrasiya sürəti ( GFR ), kreatinin klirensi

Böyrəyin süzmə funksiyası azaldıqca, tullantı maddələrin,qalıq azotun qanda səviyyəsi yüksəlir. Böyrəyin əsas funksiyasını yerinə yetirən glomerulalar gələn plazmanı filtrasiya edir, zülalsız hissəni tubulyar sistemə (Bowman aralığına) çatdırırlar. Qlomerulyar filtrasiya sürəti testində məqsəd – zərdabda kreatinin səviyyəsi ilə əlaqəli olaraq hesablanan formul ilə böyrəyin süzmə funksiyasını qiymətləndirməkdir . Kreatinin klirensi : 1 dəqiqədə kreatinindən təmizlənən plazma miqdarıdır. Plazmanın hər hansı bir maddədən təmizlənməsi glomerulyar filtrasiya funksiyasının normal olması ilə əlaqəlidir. Kreatinin klirensi 24 və 12 saatlıq sidiklə ölçülür. Ölçü vahidi ml/dəqiqədir ki, bu bir dəqiqədə təmizlənən kreatinin miqdarı deməkdir.

Sidiyin osmolyarlığı və digər testlər

Sidiyin osmolyarlığı böyrək funksiyalarını yoxlamaq üçün istifadə olunan testlərdən biridir. Yetkinlik yaşında olan insanın 24 saatlıq sidiyinin osmolyarlığı 50-1200 mOsm/kq-dır. Birdəfəlik sidikdə isə bu göstərici 300-800 mOsm/kq-dır. Osmolyarlığa təsir göstərən əsas maddələr ; Na, qlükoza, sidik cövhəridir

Qanda kalsium və fosfor səviyyəsi ölçülə bildiyi kimi serum və sidik elektrolitləri arasındakı mütənasiblik də müəyyən oluna bilir. Qanda kalsium səviyyəsini kontol edən paratiroid (PTH) hormonun səviyyəsi, böyrək xəstəliyində tez-tez yüksəlir. Kifayət qədər kalsium və vitamin D qəbulundan əmin olmaq üçün paratiroid hormonun səviyyəsi yoxlanıla bilər. Qanın ümumi analizinin bir hissəsi olan hemoqlobin miqdarı da yoxlanılır. Çünki böyrəklər eritrositlərin yaranmasına nəzarət edən eritropoetin hormonunu sintez edir.