a

Müəllif haqqları qorunur! Saytdakı materialların istifadəsi (elektron və yazılı formada) qəti qadağandır!

(051) 229-49-80

info@incilab.az
Bakı ş., Bül-Bül pr., 58G,

Son yazılar

* 1113

İş saatları 08:00 - 22:00

Bazar Qeyri-iş günü

(012) 493-80-47/48

info@incilab.az

Mərkəzi Laboratoriya

Bakı ş., Bül-Bül pr., 58G,

E-RANDEVU

COVID-19 Yeni Rəqəmsal Anticisim Testi

COVID-19 Yeni Rəqəmsal Anticisim Testi

Yeni rəqəmsal SARS-CoV-2 anticisim testi, Şiddətli Kəskin Tənəffüs Sindromu Koronavirus-2-yə (SARS-CoV-2) yoluxma və ya vaksinasiyadan sonra formalaşan immunitetin səviyyəsini müəyyən etmək üçün əhəmiyyətli rol oynaya bilər.

Test spesifik olarak, virusun sahib orqanizmə daxil olması və hüseyrə reseptorlarına birləşməsindən cavabdeh olan spike (S) proteininin müəyyən bölgəsinə yönəlmiş anticisimləri hədəf alır. Mövcud vaksinlərin əksəriyyətinin məqsədi spike (S) proteininə qarşı anticisim cavabı formalaşdırmaqdır.

SARS-CoV-2 vaksinin təsirinin qiymətləndirilməsində anticisimlərin kəmiyyət ölçülməsi çox əhməmiyyətlidir. Buna görə yeni rəqəmsal SARS-CoV-2 anticisim testi vaksinin klinik tədqiqatlarında əhəmiyyətli rol oynayacaq və klinisistlərin xəstələrin immun sistemini qiymətləndirilməsində kömək edəcək. Beləliklə virusa qarşı ən müdafiəsiz şəxsləri qorumaqla birlikdə ümumiyyətlə cəmiyyət üçün COVID-19-un öhdəsindən gəlmək üçün təsirli olacaq. Bu yeni test COVID-19 ilə mübarizə etdiyimiz bu dövrdə səhiyyə sistemlərini və xəstələri dəstəkləmək üçün də başka bir əhəmiyyətli faktordur.

Peyvənd vurulmadan öncə, şəxsin qanındakı anticisimlərin başlanğıc səviyyəsinin bilinməsi, vaksinin səbəb olduğu anticisim səviyyəsindəki hər hansı bir dəyişikliyi, xüsusilə SARS-CoV-2 Spike Proteininə məxsus anticisimlərinin inkişafının qiymətləndirilməsi üçün çox əhəmiyyətlidir. Əmələ gələn bu anticisimlərin güclü antivirus aktivliyə malik olduğu və/və ya şiddətli COVID-19 inkişafında peyvənd effektivliyinin yaranmasında vacib ola bilər.

Peyvəndin inkişafı və effektivliyin qiymətləndirilməsindəki əhəmiyyətinə əlavə olaraq, yeni COVID-19 testi plazmaferez donorlarında anticisim səviyyəsini təyin etmək üçün də istifadə edilə bilər.

Yeni anticisim testi, COVID-19 ilə mübarizədə ən son inkişaf etdirilən laborator testdir.

III mərhələdəki və ya məhdud/erkən istifadə üçün təsdiqlənmiş bütün namizəd peyvəndləri SARS-CoV-2 spike zülalına qarşı anticisim cavabı formalaşdırmağı hədəfləyir. SARS-CoV-2 üçün hazırlanan peyvəndlərin məqsədi, vaksin vurulan insanda neytrallaşdırıcı anticisimlərin inkişafı üçün immun reaksiyanı (eləcə də digər mexanizmlər) başlatmaqdır. Peyvənd bunu edərkən, orqanizmin immun sistemini gerçək virusa məruz qalmadan nəzarət altında SARS-CoV-2-ni tanıması və onunla mübarizə aparmaq üçün öyrədir.

Yeni COVID-19 anticim testi, insanın qan zərdabında və plazmasında SARS-CoV-2 əleyhinə anticisimlərin aşkarlanması üçün istifadə olunan kəmiyyət immun-testidir. Alınan qan nümunəsindən koronavirusun spike zülalına qarşı anticisim miqdarını ölçməklə, şəxsin əvvəllər yoluxmasını və virusa qarşı formalaşmış immunitetin varlığını müəyyən etmək mümkündür. Bu plazmaferez donorlarında anticisim səviyyəsini təyin etmək üçün də istifadə oluna bilər. Plazmaferez ilə xəstənin qanından plazma ayrılır, əvəzinə uyğun donordan plazma alınaraq köçürülür. SARS-CoV-2 əleyhinə anticisimləri olan donordan alınaraq köçürülmüş plazmanın xəstə üçün virusəleyhinə xüsusiyyətlərə sahib olacağı ehtimal olunur. Bu, COVID-19-un idarə edilməsində əlavə müalicə kimi araşdırılır.

Test, PCR ilə diaqnoz qoyulduqdan 14 gün və ya daha çox sonra, 99.98% yüksək klinik spesifiklik və 98.8% həssaslığa malikdir.