Məlumatlar

Heydər Əliyev Mərkəzində Daxili Xəstəliklər Dərnəyinin və Türk Dövlətləri Nefroloji Federasiyasının birgə təşkilatçılığı ilə beynəlxalq konfrans öz işinə başlayıb. Ölkənin qabaqcıl laborator şəbəkələrindən olan İNCI LABORATORİYALARI da bu mühüm tədbirdə xüsusi stendi ilə təmsil olunur.

Üç gün davam edəcək konfrans çərçivəsində İNCI LABORATORİYALARI-nın peşəkar komandası ziyarətçilərə və tibb mütəxəssislərinə müasir laborator diaqnostika imkanları barədə ətraflı məlumat verir. İNCI LABORATORİYALARININ əsas hədəfi sadəcə analiz nəticələri təqdim etmək deyil, həm də həkimlərin klinik qərarlarında onlara ən doğru elmi dəstəyi göstərməkdir.

Sitat: T.ü.f.d. Dr.LEYLA MƏMMƏDOVA “Biz bu mötəbər konfransda iştirak etməkdən böyük məmnunluq duyuruq. İNCI LABORATORİYALARI olaraq məqsədimiz laborator nəticələrin verilməsindən daha genişdir: biz klinik qərarların düzgün şərh olunmasına öz töhfəmizi veririk. Müasir texnologiyalarımız, beynəlxalq standartlara cavab verən keyfiyyətə nəzarət sistemlərimiz və peşəkar komandamızla həkimlərin ən etibarlı tərəfdaşı olmağa hazırıq.”

Əgər siz də tibb sahəsindəki yeniliklərlə tanış olmaq, laboratoriya xidmətləri və yeni əməkdaşlıq imkanları barədə məlumat almaq istəyirsinizsə, Heydər Əliyev Mərkəzində qurulmuş İNCI LABORATORİYALARI stendinə yaxınlaşa bilərsiniz.

30 İyl, 2019

Albumin

Plazma zülalların əsas fraksiyası olub 50%-dən çox hissəni təşkil edir. Normal yetkin insanlarda serumda albumin miqdarı 35-50g/L ( 3.5-5.0 g/dL )-dir. Kalsium, bilirubin, yağ turşuları, dərmanlar və steroidləri daşıyır Onkotik… Ətraflı
14 Avq, 2019

Sitomeqalovirus (CMV) infeksiyası

Sitomeqalovirus (CMV) infeksiyası çox geniş yayılmışdır. Hesab edilir ki, 15-35 yaş qrupunda insanların 50-85% -i bu virus ilə yoluxmuşdur. İnfeksiya mənbəyi kəskin və latent formalı xəstələrdir. Virus orqanizmin bütün mayelərində… Ətraflı
Sizə necə kömək edə bilərik?