Məlumatlar

Anemiya (qan azlığı) qanın tərkibində hemoqlobin və eritrositlərin azalması deməkdir. Bu, dünyanın bir çox ölkələrində, həmçinin Azərbaycanda uşaqlar arasında tez-tez rast gəlinən xəstəliklərdən biri hesab edilir. Xəstəlik vaxtında aşkarlanıb, müalicə olunmadıqda orqanizmdə ciddi problemlərə səbəb ola bilər. Diaqnostikası kliniki və laborator göstəricilərə əsasən qoyulur.
Mərkəzi Filialımızda təqdim olunan anemiya paneli ilə övladlarınızın sağlamlığının qeydinə qala bilərsiniz. Anemiya panelində dəmir çatışmazlığı ilə yanaşı, anemiyaya səbəb ola biləcək digər amillər də araşdırılır. B12 vitamini çatışmazlığı və ya fol turşusu çatışmazlığı kimi səbəblərdən qaynaqlanan anemiyanın varlığı bu paneldə təsbit edilə bilər.

Anemiya panelinə daxil olan testlər:

•QÜA (Qanın Ümumi Analizi) + retikulositlər
•Dəmir
•Ferritin
•UİBC
•TİBC
•Vitamin B12
•Fol turşusu
•Periferik qandan preparat

31 İyl, 2019

Seruloplazmin

Qan zərdabındakı misin 95%-ə qədəri seruloplazminə birləşmiş şəkildə olur. Seruloplazmin ferroksidaza kimi təsir göstərərək Fe+2 nin Fe+3-ə oksidləşməsini Dəmirin transferrinə birləşməsini təmin edir İnfeksiya, bədxassəli törəmələr və travmalar zamanı qanda… Ətraflı
12 Okt, 2019

Spermoqramma

Ümumdünya Səhiyyə Təşkilatının (WHO) göstərişinə əsasən: 4-6 həftə ara ilə ən az 2 dəfə təkrar etmək 3-6 günlük cinsi pəhriz Ən gec 1 saat ərzində dəyərləndirmə tövsiyə olunur Spermoqrammada təyin… Ətraflı
Sizə necə kömək edə bilərik?