Elmi məqalələr

Mioqlobin ürək və skelet əzələsinin oksigen birləşdirici proteinidir. Skelet əzələsində yüngül travmalar belə qan zərdabında mioqlobin miqdarını yüksəldərək kəskin miokard infarktının səhv diaqnozuna səbəb ola bilər. İnfarkt diaqnozu qoymaq və ya bu diaqnozu inkar etmək üçün troponin testi ilə birlikdə kardioloji marker kimi miqolobin testi də istifadə olunur.

İnfarkt və ya başqa bir əzələ travmasından sonra
2-3 saat ərzində mioqlobin səviyyəsi yüksəlməyə başlayır
Ən yüksək həddə 8-10 saat ərzində çatır
24 saata normal səviyyəyə qayıdır

 

Digər markerlərə nisbətən mioqlobinin üstünlüyü

Troponinə görə daha qısa müddət ərzində pozitivləşməsidir.

Ancaq mioqlobin ürək və ya skelet əzələsi mənşəli olduğuna görə qan zərdabında mioqlobinin artması məhz ürəkdəki zədələnmələrə xas göstərici deyildir.

Nəticədə:
Neqativ mioqlobin testi infarkt diaqnozunu inkar etmədiyi kimi,
Pozitiv nəticə də troponin testi ilə öz təstiqini tapmalıdır.Bəzən skelet əzələsində böyük travmalar olan xəstələrin sidiyində mioqlobin səviyyəsinin atrması yoxlanılır. Belə ki, mioqlobin böyrəklərə toksik təsir göstərir. Ağır əzələ yaralanmaları olduqda qan zərdabında mioqlobin səviyyəsi sürətlə artır. Belə yüksək mioqlobin səviyyəsi qandan mioqlobini təmizləyən və sidiklə xaric edən böyrəkləri zədələyir.

 

24 İyn, 2019

Əsnək kultivasiyası

Tək bir əsnək sürüntü materialından işlənilən kultivasiyanın A qrupu beta hemolitik streptokokların aşkarlanması üçün həssaslığı 90-95% olaraq qiymətləndirilir. A qrupu beta hemolitik streptokok (AQBS) –lar müalicədə ilk seçim olan penisilinlərə… Ətraflı
28 İyl, 2019

Kəskin faza reaksiyası (KFR)

İnfeksiya, toxuma zədələnməsi və ya sistemli iltihab zamanı plazma zülallarının qaraciyərdə sintezinin dəyişdiyi, interleykin və digər sitokinlərin də iştirak etdiyi müddət, kəskin faza reaksiyası adlandırılır. Bu cavab iltihaba spesifik deyil.… Ətraflı
Sizə necə kömək edə bilərik?
Don`t copy text!