Məlumatlar

Məxmərək əsasən uşaqlarda rast gəlinən səpkilərlə və limfoadenopatiya ilə müşahidə olunan kəskin qızdırmalı xəstəlikdir. İnfeksiya mənbəyi klinik və simptomsuz olan xəstə insanlardır. Yoluxma hava-damcı yolu ilə baş verir. Hamilə qadınlarda transplasentar yolla dölün yoluxması mümkündür.

Hamiləliyin ilk 12 həftəsində – 90% döl infektə olur və 85% orqan və toxumalara yoluxma nəticəsində inkişaf qüsurları inkişaf edir.
Hamiləliyin 13-16 həftəsində -Dölə təsir edir və 50% eşitmə qüsuru olur
Hamiləliyin 17 həftəsindən sonra – virusun dölə keçməsinə baxmayaraq infeksiyadan zərər görmə riski çox azdır

Hamilələrdə məxmərək
60%-ində asimptomatikdir
Simptomu olanlarda
Qrip bənzəri əlamətlər
Postauricular limfa düyünlərində böyümə
Hərarət : 37.2 °C
Makulopapulyar səpgilər

Kongenital (Anadangəlmə məxmərək)
Katarakta
Trombositopenik qanamalar
VSD
Pulmoner arteriya stenozu
Trikuspit qapaq anomaliyaları
HSM
Mikrosefaliya
Eşitmə qabiliyyətinin itirilməsi

Prenatal Diaqnostika
İnfeksiya şübhəsi varsa prenatal skrininq edilməlidir
Hamiləliyin 12-16. həftələrində prenatal skrininq edilməlidir
Hamiləliyin 12. həftəsindən öncə prenatal skrininqə ehtiyac yoxdur
Hamiləliyin 17. həftəsi və sonrasında prenatal skrininqə ehtiyac yoxdur

Prenatal Diaqnostika
Göbək ciyəsi qanında spesifik IgM aşkar olunması
Korion vilusunda və amnion mayesindən PCR
Pozitiv nəticə infeksiyasını göstərir ancaq döldəki fəsadı göstərmir
Neqativ nəticə infeksiyanı tamamilə inkar etmir

Hamiləliyin Sonlandırılması
İlk 12 həftədə keçirilən infeksiyalarda göstəriş vardır
16 həftədən sonra dölün ciddi zərər görmə riski azdır
12-16-cı həftələrdə prenatal skrininq edilir
Döldə infeksiya varsa, hansı risklərin olması izah edilir
Hamiləlyin sonlandırılması seçimi ailəyə buraxılır

03 Avq, 2019

Hipoalbuminemiya

Hipoalbuminemiya qanda olan albumin miqdarının 3.5 g/dL-dən aşağı düşməsidir. Sintezin azalması Katabolizmanın artması Kifayət qədər qəbul olunmaması İstifadə pozulmalarının nəticəsində meydana çıxır. Albumin sıntezinin pozulduğu qaraciyər xəstəlikləri və ağır infeksiyalar… Ətraflı
11 Avq, 2019

Troponin I, Troponin T

Troponinlər tropomiozin ilə birlikdə skelet və ürək əzələsinin yığılıb açılmasının tənzimlənməsində rol oynayan struktur proteinlərdir. Troponin T I C-dən ibarət troponin kompleksi aktin və miozinin kalsium vasitəsilə aktivləşməsini təmin edir… Ətraflı
Sizə necə kömək edə bilərik?
Don`t copy text!