Elmi məqalələr

Yuxarı tənəffüs yolları infeksiyalarının çox rast gəlinən klinik formalarından biri olan faringitlər udlağın bütün hissələrini – udlaq qövslərini, yumşaq damaq və udlağın ağız hissəsini əhatə edir, yaxud da lokal xarakterli olaraq əsasən damaq badamcıqlarının iltihabı-tonzilitlə məhdudlaşır. Faringitlərin əksəriyyəti (~80%) viruslarla – orto və paramiksovirus, adenovirus, Epşteyn-Barr virusu, rinovirus, respirator sinsitial virus, koronavirus, herpes virus ve Koksaki virusu ilə törədilir. Bakterial faringitlərin isə 90%-i Streptococcus pyogenes (A qrupu beta hemalitik streptokok) tərəfindən törədilir.

A qrupu beta hemalitik streptokokların diaqnostikasında əsnək kultivasiyası və sürətli antigen testlərindən istifadə oluna bilər.

06 Avq, 2021

Amiloid

Amiloid adlanan zülalların həll olmayan aqreqatlarının orqanlarda çox miqdarda toplanması ilə yaranan xəstəliyə amiloidoz deyilir. Amiloidoz daha çox Ürək, Böyrək, Qaraciyər, Dalaq, sinir və Mədə-bağırsaq sisteminə təsir göstərir. Nadir rast… Ətraflı
24 İyn, 2019

Əsnək kultivasiyası

Tək bir əsnək sürüntü materialından işlənilən kultivasiyanın A qrupu beta hemolitik streptokokların aşkarlanması üçün həssaslığı 90-95% olaraq qiymətləndirilir. A qrupu beta hemolitik streptokok (AQBS) –lar müalicədə ilk seçim olan penisilinlərə… Ətraflı
Sizə necə kömək edə bilərik?