ONKOMARKERLƏR
Onkomarkerlər – xərçəng toxumasından ifraz edilərək qan dövranına və ya bədən mayelərinə daxil olan spesifik molekullardır.
Xəstə sağlamlığı üçün risk yaradan invaziv üsullardan istifadə etmədən erkən dövrdə xərçəng diaqnozu qoya bilmə ehtiyacından araşdırılmağa başlanmışdır.
Onkomarkerlər ferment, hormon, karbohidrat, onkofetal antigenler və zülal quruluşunda ola bilərlər.
İdeal onkomarker həm təyin olunan xərçəng növü üçün spesifik (specificity), həm də xərçəngin erkən mərhələlərində, klinik əlamətlər özünü biruzə verməmişdən öncə ölçülə biləcək qədər həssas (sensitivity) olmalıdır.
Onkomarkerlərin istifadə məqsədi bunlardır:
Riskli populyasiyalarda skrininq
Xərçənglərin klinik təsnifatı
Xəstəlik proqnozlarının monitorinqi
Müalicənin müvəffəqiyyətinin qiymətləndirilməsi
Xərçəngin təkrarlanmasının aşkar edilməsi
Bəzi növ xərçənglərin diaqnozunda fərqli onkomarkerlərin təyini vacibdir
ORQAN | ONKOMARKERLƏR |
Mədə -bağırsaq | CEA, CA19-9, TAG-72, TPA |
Qaraciyər | AFP, FERRİTİN, CEA |
Yumurtalıq | CA-125, CEA,β-HCG |
Pankreas | CA 19-9, TAG-72,CEA, CAR-3 |
Ağciyər | CEA, FERRİTİN, PTHrP, TPA |
Prostat | PSA, PAP |
Süd vəzisi | CA 15-3, CEA, TPA |
Testis | HCG, CEA, AFP |
Qalxanabənzər vəzi | KALSİTONİN, TPA |
Sümük | OSTEOKALSİN, ALP |
Sidik kisəsi | CEA, CYFRA21-1 |
Baş və boyun | TPA |
Onkomarkerlərin ölçülməsi:
Hüceyrədaxili onkomarkerlər immunohistokimyəvi, qan dövranındakı markerlər isə radioimmunoloji, enzimimmunoloji və ya xemilüminessensiya üsulları ilə təyin edilir. Onkomarkerlərin plazma səviyyəsi aşağı olduğuna görə ancaq yüksək həssas spesifik reaktivlərlə ölçülə bilər.