Check-up ümumi sağlamlıq kontroludur. Sağlam insanların saglamlığının vaxtaşırı yoxlanılması, yarana biləcək xəstəliklərin erkən diaqnostikası və xəstəlik inkişaf etmədən qarşısının alınması üçün müayinə metodudur. Özünə və sağlamlığına diqqət yetirən insanlar Check-up müayinələr ilə sağlamlıqlarının qayğısına qalırlar. Xronik xəstəliklərin əksəriyyətinin başlanğıc mərhələsində simptomlar zəif olur. Bu mərhələdə yalnız simptomlara əsasən diaqnoz qoymaq çətindir, lakin Check-up zamanı keçdiyiniz testlər və müayinələr simptomları olmayan və ya zəif olan xəstəliklərin diaqnozunda böyük rol oynayır. Bu xüsusilə xərçəng kimi xəstəliklərin erkən diaqnozunda çox önəmlidir. Check-up müayinələrin nəticəsində bu kimi xəstəliklərin erkən diaqnostikası sağalma şansını dəfələrlə artırır.

Laboratoriyamızda Check-up pakteləri yaş və cinsiyyətə görə kateqoriyalara bölünmüşdür. Hər yaşa uyğun Check-up paketləri var. Təcrübəli həkimlərimiz Check-up müayinələrə daxil olan testləri seçərkən yaş, cinsiyyət, anamnez məlumatları və irsiyyətdə olan xəstəlikləri nəzərə alırlar.

Check-up məlumatlandırma forması üçün klikləyin!

YOUR PRIVATE CHECK UP

Sizə necə kömək edə bilərik?
Don`t copy text!