Sağlamlığınızın qayğısına qalmaq üçün keçməli olduğunuz  testlər var və laboratoriyaya gedib nümunə verməlisiniz. Ancaq:

  • Evdən çıxmağınıza mane olan sağlamlıq probleminiz var?
  • Ofisdə təcili iclasınız var?
  • Özünüzü evdən bayıra çıxa bilməyəcək qədər yorğun və halsız hiss edirsiniz?
  • Hava şəraiti mane olur?
  • Balaca körpənizlə evdə qalacaq kimsə yoxdur və onunla birlikdə evdən çıxmaq istəmirsiniz?
  • Yola çıxıb gününzü tıxac stressi ilə korlamaq istəmirsiniz?
  • Səhər ac qarına qan verməlisiniz, ancaq səhər yeməyi yemədən evdən çıxmaq adət etmədiyiniz haldır. Səhər yeməyindən öncə qanınız evdə alınsa daha yaxşı olardı.
  • Evinizin rahatlığını başqa heç bir yerdə tapmayacağınıza inanırsınız.

Səbəbiniz nə olursa olsun, yanınızdayıq. İnci laboratoriyaları olaraq evdə/yerində nümunə alma xidmətimiz ilə sizlərə praktik  həll yolu təklif edirik. Şənbə günü də daxil olmaqla həftənin altı günü, evinizdə və ya ofisinizdə təcrübəli qanalma tibb işçilərimiz tərəfindən, İnci Laboratoriyaları zəmanəti ilə qanınızın alınmasını təşkil edə bilərik.

Bunun üçün yalnız randevu almağınız yetərlidir.

İstəklərinizi zəhmət olmasa ən azı 1 gün əvvəlcədən, saat 17:00-a qədər göndərin!

Evdə/ünvanda nümunə alma xidmətimizdən yararlanmaq və daha ətraflı məlumat almaq üçün zəhmət olmasa *1113 nömrəli telefona zəng edin.

Filiallarımız haqqında məlumat üçün klikləyin.

Bakı filialı üçün aşağıdakı Evdə Nümunə alma İstək Forması linkinə klikləyib, randevu formasını doldura bilərsiniz.

Evdə Nümunə alma İstək Forması

SAĞLAMLIĞINIZ BİZİM ÜÇÜN DƏYƏRLİDİR.

HOME/ADDRESS SAMPLING SERVICE

Sizə necə kömək edə bilərik?
Don`t copy text!