CHECK UP NƏDİR?
Check Up heç bir şikayəti olmayan sağlam adamların ümumi sağlamlığının vaxtaşırı yoxlanması, yarana biləcək xəstəliklərin vaxtında qarşısını almaq üçün həyata keçirilən müayinə növüdür. Müayinə nəticəsində hər hansı bir xəstəliyin risk faktorunun və ya özünün erkən mərhələdə aşkar olunması vaxt itkisinin qarşısını alır. Son zamanlar özünə diqqət yetirən insanların Check Up proqramları ilə mütəmadi olaraq sağlamlıq kontrolundan keçmələri ciddi aktuallıq qazanmışdır.
CHECK UP NƏ ÜÇÜN LAZIMDIR?
Check Up cinsindən və yaşından asılı olmayaraq hər kəs üçün vacib skrininq metodudur. Diabet, xolesterol yüksəkliyi, ürək-damar, osteoporoz kimi xəstəliklərin, süd vəzi, uşaqlıq və uşaqlıq boynu, yoğun bağırsaq, sidik kisəsi və prostat vəzi kimi bəzi orqanların xərçənginin həmçinin rastgəlmə tezliyinin artması sağlamlıq müayinələrinin müntəzəm aparılmasını vacib edir. Xüsusilə
də genetik risk daşıyan şəxslərin ən azı ildə bir dəfə Check Up müayinədən keçmələri ilə qeyd edilən xəstəliklərin qarşısını almaq mümkündür. Hər hansı sağlamlıq problemi olmayan insanlar ildə bir dəfə ümumi Check Up müayinədən keçməlidilər. Yaş, çəki, irsi faktor, əvvəllər keçirilmiş xəstəlik anamnezi və həyat tərzi kimi bir çox nüanslar nəzərə alınaraq hər bir şəxs üçün fərdi Check Up paketi də hazırlana bilər.
CHECK UP MÜAYİNƏDƏN KİMLƏR KEÇMƏLİDİR?
-
- Ailəsində piylənmə, diabet və yüksək təzyiq kimi xroniki xəstəlik olanlar;
- Ginekoloji orqanlar, süd vəzi və prostat vəzi xərcəngi kimi xəstələklər üçün risk qrupuna daxil olanlar;
- Digər xroniki və irsi xəstələklər üçün risk qrupuna daxil olanlar;
- Gərgin şəraitdə və ağır stress altında işləyənlər;
Əksər hallarda ciddi şikayətlərimiz olmadan həkimə müraciət etmirik. Halbuki gündəlik həyatımızda əhəmiyyət vermədiyimiz halsızlıq, yorğunluq, başağrısı kimi problemlər ciddi xəstəliyin əlamətləri ola bilər. Bəzən isə həyati təhlükəsi olan xəstəliklər hər hansı əlamət olmadan inkişaf edir.
Hər il mütəmadi aparılan sağlamlıq müayinələri bu xəstəliklərin aşkar olunması baxımından vacibdir. Bundan başqa, Check Up müayinələrin nəticəsinə uyğun olaraq həyat tərzinizdə ediləcək dəyişikliklər gələcəkdə inkişaf edə biləcək ürək xəstəlikləri, şəkər, təzyiq, qanazlığı və sümüklərin lizisi kimi xəstəliklərin də qarşısını almağa imkan verir. Fərdi sağlamlıq analizi proqramı tərtib edilərkən başlıca hədəfimiz şəxslərin xəstəliklərdən qorunmasını təmin etməkdir.Fərdi:
Genetik quruluşunu, qidalanma və idman vərdişlərini, sosial həyatını, təhsil və iqtisadi səviyyəsini, yaşadığı ətraf mühit amillərini nəzərə aldıqda hər bir şəxsi dünyada «tək» hesab etmək olar. Bu baxımdan, Check Up adlandırılan sağlamlıq analizləri yalnız sizə aid olduqda daha faydalı olur.
Fərdi sağlamlıq analizi proqramında nəzərə alınır:
Əsas Check Up testlərinə əlavə olaraq şəxsin şikayət və ehtiyacını nəzərə alan panellərdən ibarət müayinələr icra edirik:
- Menopauza dövrünü daha sağlam keçirmək istəyən qadınlar.
- Xərçəng riski paneli
- Ürək-damar xəstəlikləri və insult riski paneli
- Artıq çəkinin idarə olunması paneli
- Enerji çatışmazlığı, hormonal sağlamlıq paneli
- Mikroelementlər, vitamin və minerallar paneli
- Yaddaş qiymətləndirmə paneli
- Ürək-ağciyər fəaliyyətini qiymətləndirmə paneli
- Sağlam yaşlanma (anti-aging) paneli