ALLERQOLOGİYA
Allergiya həyat keyfiyyətini və ya məktəb yaşlarında fərdi qazanc səviyyəsini aşağı salan sağlamlıq problemidir. Rastgəlmə tezliyi sürətlə artmaqdadır.
Allergiya – ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.) təsiri ilə orqanizmdə qeyri-adi (qabarıq) cavab reaksiyası yarada bilər.
1906-cı ildə Clemens von Pirquet tərəfindən istifadə edilən allergiya termini, ümumilikdə orqanizmin fərqli cavab reaksiyası kimi qəbul oluna bilər. Yunan dilində “allos” digər, “ergos ” isə reaksiya mənasını verir.
Allergik cavab bəzi insanların zərərli olmayan agentlərə qarşı hiperhəssaslıq göstərməsidir. Bu hiperhəssaslıq nəticəsində allergik xəstəliyin klinik təzahüri olan allergiya meydana gəlir.
Allergiyanın simptomları:
- Dəridə: angioödem, atopik dermatit, qaşınma, qızartı
- Gözlərdə: qızartı, qaşınma, sulanma
- Burunda: asqırma, burun tutulması və burun axması
- Aşağı tənəffüs yolları: tənəffüsün çətinləşməsi, xışıltılı tənəffüs, öskürək
- Ürək-damar sistemi: taxikardiya,təzyiqin aşağı düşməsi
- Həzm sistemi: allergik ezofagit, gastrit, gastroenterit
- Anaflaktik şok: ödem, qan təzyiqinin ani enməsi, qaşınma, qızartı, boğaz və dil şişməsi, baş gicəllənmə, ürəkbulanma, ishal, şok, huşun itməsi
Allergiya testləri:
- Pediatrik panel
- Qida allergiya paneli
- Tənəffüs allergiya paneli
- Digər panellər