TİBBİ MİKROBİOLOGİYA
Klinik-mikrobioloji laboratoriyalarda infeksion xəstəliklərin diaqnozunun müəyyənləşdirilməsində, müalicə və profilaktika prinsiplərinin hazırlanmasında mühüm işlər aparılır. İnfeksion xəstəliklərin diaqnozunun yanlış və ya gec təyin edilməsi xəstənin müalicəsinin yanlış aparılması və ya gecikməsi ilə nəticələnir. Həmçinin diaqnozu vaxtında müəyyən edilməyən xəstə bilmədən ətrafındakı şəxslərlə təmasda olduğundan onları yoluxdura bilər. Bu baxımdan son dərəcə təhlükəli nəticələr baş verə bilər.
Mikrobioloji laboratoriyaların əsas hədəfi xəstəliyə səbəb olan mikroorqanizmləri aşkar etmək və lazım olduqda antimikrob maddələrə qarşı həssaslıqlarını təyin edərək klinisistə infeksion xəstəliklərin diaqnozu və müalicəsində yardım etməkdir. Bu vəzifənin lazımi şəkildə yerinə yetirilməsi üçün klinisistlər və laboratoriya arasında möhkəm iş birliyinin qurulması vacibdir.
Klinik mikrobioloji laboratoriyaların öz vəzifəsini müvəffəqiyyətlə yerinə yetirməsi üçün laboratoriyaya göndərilən klinik materialın kifayət qədər olması, düzgün yerdə və vaxtında alınması və müvafiq şəraitdə laboratoriyaya göndərilməsi lazımdır. Klinisist tərəfindən verilən düzgün və dolğun məlumat laboratoriyada xəstənin diaqnozunun müəyyənləşdirilməsi və nəticədə müalicənin müvəffəqiyyətli olmasına səbəb ola bilər.
SEROLOJİ TESTLƏR
Antigen-anticism reaksiyaları
Antigen-anticisim reaksiyasısının baş verməsinin aşkarlanması antigen-anticisim komplekslərinin birbaşa və dolayı üsullarla təyininə əsaslanır.
Aqlütinasiya testləri
Antigen-anticisim reaksiyası aqlütinasiya (topalaşma) şəklində aşkarlanır. Əgər antigen kimi eritrosit istifadə olunursa, üsul “hemaqlütinasiya” adlandırılır. İnci Laboratoriyalarında kəmiyyətcə və keyfiyyətcə aparılan aqlütinasiya/hemaqlütinasiya testləri tətbiq olunur. Bu məqsədlə EBV üçün Heterofil anticisim, Salmonella üçün Gruber Widal, Brucella üçün Wright və “immune capture” kimi aqlütinasiya testləri, Echinococcus ve Trepanoma pallidum üçün də hemaqlütinasiya testlərindən istifadə olunur.
İmmunoxromotoqrafiya testləri
Xəstə nümunələrində infeksiya törədicisinə qarşı antigen və ya anticisimlərin araşdırılmasına əsaslanan sürətli testlərdir. Bu testlərə misal olaraq, Streptococcus (Group A) Sürətli Test, Streptococcus pneumoniae Antigeni, Legionella pneumophila Antigeni, Helicobacter pylori Antigeni (HpSA), E.coli O157:H7 Antigeni, Clostridium difficile Toksin A + B, Cryptosporidium Antigeni, Respiratory Syncytial Virus Antigeni, Norovirus Antigeni, Rotavirus Antigeni verilə bilər.
İmmunoferment (İFA) analiz
İnci Laboratoriyalarının serologiya bölməsində virus, bakteriya, parazit və göbələklərin seroloji testləri geniş spektrlidir. Mikroorqanizmlərin IgG, IgM, IgA və total anticisim səviyyələri, IgG avidlik testləri və anticisim spesifik indekslərinin (ASİ) müxtəlif üsulları ilə (ELISA, LIA, ELFA, ECLIA, Western blot və s.) müəyyənləşdirilir. Enzyme Linked Immunosorbent Assay (ELISA) immunokomplekslər ilə əlaqədar olaraq ferment substratı istifadə etməklə rənglənmənin ölçülməsinə əsaslanır.
Ferment antigenə və ya anticisimə bağlanmış olur. ELISA testləri; mikro-ELISA üsulları ilə tətbiq olunur. Spesifik xəstəliklərdə; TORCH infeksiyaları (Toxoplasmosis, Rubella, Cytomegalovirus, Herpes simplex virusu), Hepatit (A, B, C, D və E) infeksiyaları, sifilis, infeksion mononukleoz, QİÇS (HIV), borelyoz (qayıdan yatalaq), bruselloz, xlamidiya və s. infeksiyaların testlərinin xüsusi panelləri araşdırılır.
Autoanticisimlər, orqanizmin immun sisteminin öz hüceyrələrinə qarşı əmələ gətirdiyi anticisimlərdir. Xəstədə əmələ gələn simptomlar təsirə məruz qalan hüceyrənin xüsusiyyətlərinə görə dəyişir. Ümumi və ya orqana xas simptomlar ola bilər.
Autoanticisimlərin identifikasiyası üçün Dolayı İmmunoflüoressensiya, ELISA, BLOT üsulları istifadə olunur. Bu testlər sadəcə avtomatlaşdırılmış sistemlərdə tətbiq olunur. Dolayı İmmunoflüoressensiya testlərinin mikroskopik qiymətləndirilməsi iki fərqli mütəxəssis tərəfindən aparılır. Şübhəli hallarda isə nəticələr digər müxtəlif üsullarla təsdiqlənir. Laboratoriyamızda tətbiq olunan testlər:
Avidlik testləri: Rubella,Toxoplasma, Cytomegalovirus (CMV), Varicella Zoster Virus (VZV)
Anticisim spesifik indeks (ASI) testləri: Borrelia burgdorferi, CMV, Herpes Simplex Virus (HSV), Rubeola, Rubella, Mumps (Parotit)
Anticisim testləri: Hepatit virusları (A, B, C, D, E) (EIA və ELISA), Epstein Barr Virus (EBV) paneli (ELISA ve İmmunblot), Treponema pallidum-Sifilis (Aqlütinasiya, Dolayı İmmunoflüoressensiya), Chlamydia (Dolayı İmmunoflüoressensiya), Herpes virus tipi 1,2,6 (ELISA), HIV anticisimi +p 24 antigeni (EIA və ELFA), Influenza A/B, Parvovirus B19, Borrelia (ELISA və İmmunblot), Bartonella henselae/quintana, Brucella, Legionella pneumophila, Leptospira, Helicobacter pylori, Rubeola, Rubella, Varicella zoster virusu, Cytomegalovirus, Chlamydia trachomatis, Chlamydia pneumonia, Chlamydia psittaci, Campylobacter jejuni, Coxiella, Dengue virus, Diphteria, Echinococcus Dolayı İmmunoflüoressensiya, Enterovirus, Haemophilus influenzae tip B, Hantavirus, Mumps (Parotit), Mycoplasma pneumonia, Neisseria gonorrhoeae/meningitidis, Parainfluenzae, Tetanus, Tularemiya, Histoplasma, Saccharomyces cerevisiae, Entamoeba histolytica, Schistosoma, Leishmania, Toxoplasma, Toxocara canis, Fasciola hepatica, Filariasis, Trypanosoma, West Nile virus, Yersinia.
Laboratoriyamızda tətbiq olunan autoanticisim testləri geniş spektrlidir. Dolayı İmmunoflüoressensiya üsulu ilə aparılan testlər: ANA, dsDNA, ANCA, GBM, Islet, EMA IgA / IgG, ASMA, LKM, AMA, APA, İntrinsik anticisim
ELISA üsulu ilə aparılan testlər: dsDNA, ANCA (pr3, mpo), Gliadin IgA/IgG, Toxuma transqlutaminaza IgA/IgG, Kardiolipin IgM/IgG, Fosfolipid IgM/IgG, Fosfotidilserin IgM/IgG, Beta 2 qlikoprotein IgM/ IgG , GAD, TRAK, CCP
BLOT üsulu ile aparılan testlər: ENA profili (Sm, RNP, SSA, SSB, Scl70, Jo1, Pmscl, centromer, histon, nucloesome)
Antigen testləri: Hepatitis Delta Antigeni, Candida albicans Antigeni (Beta-Glukan), Aspergillus Antigeni (Galaktomannan), Histoplasma, Cryptococcus neoformans, Entamoeba histolytica, Giardia, Helicobacter pylori, Campylobacter, İnfluenza A və B, Legionella pneumophila, Streptococcus pneumoniae, Norovirus, Rotavirus, Adenovirus, RSV, Chlamydia trachomatis, Cytomegalovirus pp65.
Kultivasiya və Antibiotiklərə Həssaslıq Testləri
Bakteriyaların identifikasiyası və antibiotik həssaslıq testləri üçün tam avtomatlaşdırılmış sistem olan Vitek-2 (Biomeriux, Fransa) isitifadə olunur. Antibiotik həssaslıq testləri EUCAST (The European Committee on Antimicrobial Susceptibility Testing) standartlarına görə tətbiq olunur və nəticələr MIC (minimum inhibitory concentration) dəyərləri ilə birliktə verilir.