STRESS ANALİZİ
- Normal (7-8 saat) yuxudan sonra da özünüzü həddindən artıq yorğun hiss edirsinizmi?
- Gün ərzində özünüzü halsız, yuxulu, günortadan sonra isə enerjisiz hiss edirsinizmi?
- Sizcə yaşınız artdıqca daha narahat və əsəbi insana çevrilirsiniz?
- Qarın nahiyəsində piylənmə görüntüsü varmı?
- Tez-tez soyuqdəymə halları və xəstəliklərə yoluxmaqdan şikayətçisinizmi?
- Yüksək və ya aşağı təzyiq probleminiz varmı?
- Dilinizin ucunda qırmızımtıl rəng və ya ortasında çat izləri varmı?
- Duzlu yeməyə meyllisinizmi?
- Günə davam edə bilmək üçün tez-tez kafein, spirtli içki və ya nikotindən istifadə edirsinizmi?
QAN ŞƏKƏRİNİZİN TARAZLIĞINI DƏYƏRLƏNDİRİN
- Səhərlər oyanmaq və yola çıxmaq sizə çətin gəlirmi?
- Tez-tez yemək yeməsəniz titrəmə, başgicəllənməsi və əsəbilik hiss edirsinizmi?
- Həddindən artıq susamaqdan şikayətiniz varmı?
- Gün ərzində özünüzdə enerji azlığı hiss edirsinizmi?
- Gecə və ya səhər erkən saatlarda tez-tez oyanırsınızmı?
- Özünüzü enerjili hiss etmək üçün çay, qəhvə, sərinləşdirici içkilər və şəkərli qidalara ehtiyac duyursunuzmu?
- Tez-tez sidiyə çıxırsınızmı?
- Ürəyiniz tez-tez şəkər və ya şirin şeylər istəyirmi?
- Xüsusilə qalça və qarın ətrafı nahiyənizdə artıq çəki probleminiz varmı?
- İdman zamanı özünüzü bitkin, yaxud həvəssiz hiss edirsinizmi?
DETOKS EHTİYACINIZI DƏYƏRLƏNDİRİN
- Tez-tez tutan baş ağrısından şikayətiniz varmı?
- Dəriniz çox yağlanır?
- Akne, qaşıntı, dəri səpkiləri və ya ekzema kimi problemləriniz varmı?
- Həzm çətinliyi, gəyirmə, pis qoxulu qazçıxarma və bədən qoxuları problemləri yaşayırsınızmi?
- Dilinizdə bozumtul-ağ və ya sarı ərp, şişkinlik varmı?
- Funksional bağırsaq pozğunluğu, qəbizlik, ishal, öd daşı, aybaşıdan öncə gərginlik və ya şişkinlikdən şikayətçisinizmi?
- Hər hansı bir allergiya və ya qida həssaslığınız, boğaz ya da burun ifrazatınız varmı?
- Ağzınızda acılıq və ya xüsusilə səhərlər qeyriadi dad hissi olurmu?
- Tez-tez spirtli, qazlı içkilər, kola, qəhvə, siqaret və ya dərmandan istifadə edirsinizmi?
- Qida rasionunuz şəkər, rafinə olunmuş karbohidrat və emal qidalar baxımından zəngindirmi?
- Əksərən saat 23:00-dan sonra daha gecmi yatırsınız?
HƏZM PROBLEMLƏRİNİZİ QİYMƏTLƏNDİRİN
- Tez-tez köp və ya qaz əmələ gəlməsindən şikayətçisinizmi?
- İshal, qəbizlik və ya funksional bağırsaq pozğunluğunun əlamətləri, yaxud nizamsız bağırsaq hərəkətləri probleminiz varmı?
- (Əksər hallarda gündə bir və ya iki dəfə bayıra çıxmaq normal hesab edilir).
- Həzmin çətinləşməsi və ya sinədə yanğı hissinə səbəb olan reflüks şikayətiniz varmı?
- Dilinizin üzərində sarı, bozumtul-ağ görüntü, orta xətdə cizgilər, ətrafında və kənarlarında isə dişlərlə əlaqəli çatlar varmı?
- Ağız qoxusundan şikayətçisinizmi?
- Yemək yedikdən sonra uzun müddət mədənizdə ağırlıq hiss edirsinizmi?
- Nəcisinizdə aşağıdakı əlamətlərdən hər hansı biri müşahidə olunurmu?
- Kəskin qoxulu, yağlı görünüş
- Qoyun qığna bənzər, daş və ya çınqıl görünüşlü olması
- Tualetdə çox iz buraxan, yapışqan, incə və xətli görünüş
- Əksər hallarda təbii un əvəzinə daha çox ağ zərif karbohidratlardanmı istifadə edirsiniz?
- Meyvə və tərəvəzlər günlük rasionunuzda 5 porsiyadan azdırmı?
- Son zamanlar antibiotik və ya hər hansı bir dərman qəbul etmisinizmi?
ÜRƏK-DAMAR SİSTEMİNİZİ DƏYƏRLƏNDİRİN
- Tez-tez spirtli, kafeinli içkilər içir və siqaret çəkirsinizmi?
- Rasionunuzda daim şəkər və rafinə olunmuş karbohidrat (ağ çörək, şirniyyat və s.) yer alırmı?
- Yeməklərinizə hər zaman duz əlavə edirsinizmi?
- Hazır və ya konservləşdirilmiş qidalardan tez-tez istifadə edirsinizmi?
- Rasionunuzda doymuş (qatı) yağ, yağlılığı yüksək süd məhsulları, işlənmiş qidalar və yağlı ət məhsulları üstünlük təşkil edirmi?
- Həyat tərzinizdə çox az idman, həddindən artıq hərəkətsizlik varmı?
- Yüngül idman hərəkətində belə nəfəs darlığı hiss edirsinizmi?
- Stress və ya qorxudan şikayətçisinizmi?
- Əvvəllər sizdə təzyiqin, xolesterol səviyyəsinin, triqliseridlərin, homosisteinin yüksəkliyi və ya ateroskleroz kimi ürək-damar xəstəliyinin riskləri aşkar edilmişdirmi?
- Əl və ayaqlarınızın soyuması, qıcolmalar, göyərmə və ya varikoz kimi damar problemləriniz varmı?
- Həddindən artıq çəki, yaxud bel ətrafında piylənmə probleminiz varmı?
QİDA HƏSSASLIĞINIZI DƏYƏRLƏNDİRİN
- Çəmən poleni, toz, tük və ya müəyyən bir qidaya qarşı allergiyanız varmı?
- Tez-tez köp və ya qaz problemi yaşayırsınızmı?
- Qəbizlik, yaxud ishal kimi həzm problemləriniz varmı?
- Müəyyən qidaların qəbulundan sonra yuxululuq hiss edirsinizmi?
- Baş ağrısı, miqren, oynaq ağrıları və ya əl-ayaq barmaqlarınızda şişkinlikdən şikayətçisinizmi?
- Ürəyinizin çox istədiyi və ya davamlı yeməsəm olmaz dediyiniz hər hansı bir yemək varmı?
- Yeməkdən sonra ürək döyüntü, dil və ya ağızda xora, yaxud uçuğun yaranması halı ilə qarşılaşmısınızmı?
- Gözlərinizin altında bənövşəyi həlqələr olurmu?
- Qaşıntı və ya ekzema kimi dəri problemləriniz varmı?
- Hiperaktivlik (həddindən artıq hərəkətlilik) və ya depressiyadan şikayətçisinizmi?
İMMUN SİSTEMİNİZİ DƏYƏRLƏNDİRİN
- Tez-tez soyuqlayır və xəstəliklərə yoluxursunuzmu?
- Sizdə soyuqdəymə və qrip kimi xəstəliklərin sağalması uzun çəkirmi?
- Dırnaqlarınızda ağ ləkələr, yaxud dırnaq dibi ətlərdə qızartı, çatlama varmı?
- Qoltuqaltı, qasıq və qulaqyanı limfa vəzilərində şişkinlikdən şikayətçisinizmi?
- Allergiya və ya həssaslıqdan, dəridə səpkilərdən, dəmrov kimi göbələk infeksiyalarından şikayətçisinizmi?
- Yüksək hərarətlə müşayiət olunan səpkiləriniz olubmu?
- Tez-tez çiban və ya itdirsəyi şikayətiniz olurmu?
- Bədəninizin hər hansı bir nahiyəsində iltihab müşahidə etmisinizmi?
- Meyvə və tərəvəzlər günlük rasionunuzda 5 porsiyadan azdırmı?
- Şəkər və rafinə olunmuş karbohidratları (ağ çörək və s.) davamlı yeyirsiniz?
- Tez-tez anitiobtik qəbul edirsinizmi?
- Əvvəllər antibiotik və ya immun stimulyator dərmanlar qəbul etmisinizmi?
QALXANABƏNZƏR VƏZİNİZİN FƏALİYYƏTİ ZƏİFLƏYİB? DƏYƏRLƏNDİRİN
- Soyuq havada başqaları ilə müqayisədə siz daha çox üşüyürsünüz?
- Qəbizlikdən şikayətiniz varmı?
- Dəriniz qurumağa meyllidir?
- Saçlarınızda nazikləşmə, zəifləmə və qaşlarınızın kənarlarında seyrəlmə müşahidə olunur?
- Nəbziniz dəqiqədə 60 dəfədən az vurur?
- Oyandıqdan bir müddət sonra yorğunluq hiss edirsinizmi?
- Asanlıqla çəki alma və çətin çəki vermə probleminiz varmı?
- Zehni halsızlıq hiss edirsinizmi?
- İştahınız zəifdirmi?
- Bədəninizdə keyləşmə hiss edirsinizmi?
QALXANABƏNZƏR VƏZİNİZİN FƏALİYYƏTİ GÜCLƏNİB? DƏYƏRLƏNDİRİN
- Yuxusuzluq və narahatlıqdan şikayətçisinizmi?
- Çəkinizi artırmaq üçün çətinlik çəkirsinizmi?
- Hiperaktivlik, yəni həddindən artıq hərəkətlilik şikayətiniz var?
- Ani və ya şiddətli emosional reaksiya verirsinizmi?
- İştahanıza hakim ola bilirsinizmi?
- Əsmə və ya ürək döyüntünüz olurmu?
- Fiziki hərəkət və ya idman etmədiyiniz halda çox tərləyir və son dərəcə susuzluq hiss edirsinizmi?
ZEHNİ VƏ RUHİ VƏZİYYƏTİNİZİ DƏYƏRLƏNDİRİN
- Tez-tez, səbəbsiz yerə özünüzü yorğun və ya depressiv hiss edirsinizmi?
- Həyatda bir məqsədinizin olmadığı hissinə qapılırsınızmi?
- Qayğı və ya panikaya düşmə şikayətiniz varmı?
- Yuxu problemləriniz var mı?
- Tez-tez motivasiya çatışmazlığı hiss edirsinizmi?
- Ruh halınız çoxmu rəngarəngdir?
- Ailənizdə depressiya və ya ruhi sağlamlıq problemləri varmı, yaxud sizdə nə vaxtsa ruhi sağlamlıq problemi aşkar olunubmu?
- Dilinizin üzərində hər hansı bir kəsik, cizgilər və ya nöqtələr varmı?
- Stresli və ya narahat zamanlarda daha çox və ya daha az yemək xüsusiyyətiniz varmı?
- Özünüzü daha yaxşı hiss etmək üçün spirtli içki, kafein, nikotin, yaxud dərman və sairədən istifadə edirsinizmi?
QADIN HORMONLARINIZI DƏYƏRLƏNDİRİN
- Aybaşıdan əvvəl sinədə həssaslıq, bədəndə maye toplanması, yemək istəyi, əsəbilik, ruhi vəziyyətin pisləşməsi kimi əlamətlərdən şikayətçisinizmi?
- İstibasması, uşaqlıq yolunda quruluq, əsəbilik, həddindən artıq tərləmə, gecə tərləmələri kimi menopauza simptomlarından şikayətçisinizmi?
- Aybaşı dövrünüz nizamsız və ya həddindən artıq uzundurmu?
- Aybaşı zamanı üzdə sızanaq kimi problemləriniz olurmu?
- Cinsi impuls və ya cinsi maraq əskikliyi, yaxud hamilə qalma probleminiz varmı?
- Depressiya, yorğunluq və ya qorxudan şikayətçisinizmi?
- Sizə endometrioz, mioma, fibrokistik süd vəzi xəstəliyi və ya polikistik yumurtalıq sindromu kimi qadın hormonal disbalansı ilə əlaqəli hər hansı bir xəstəlik diaqnozu qoyulubmu?
- Üzdə tüklənmə və saç tökülməsi kimi probleminiz varmı?
- Osteoporozunuz varmı?
- Qalça və bud ətrafında həddindən artıq piylənmə müşahidə edirsinizmi?
KİŞİ HORMONLARINIZI DƏYƏRLƏNDİRİN
- Cinsi impuls və ya cinsi marağın azalmasından şikayətçisinizmi?
- İmpotensiya və buna bənzər problemləriniz varmı?
- Sidiyə çıxma ya da sidik miqdarının artması ilə əlaqədar problemləriniz varmı?
- Enerjinizin və aktivliyinizin azlığından şikayətçisinizmi?
- Əzələlərinizdə yumşalma və ya zəifləmə varmı?
- Əzələ əvəzinə yağların toplanmasına meyllik müşahidə edirsinizmi?
- Həftədə 21 qədəhdən çox spirtli içki qəbul edirsinizmi?
- Siqaret çəkirsinzimi?
- Tez-tez özünüzü gərgin və əsəbi hiss edirsinizmi?
- Özünüzü depressiv və istəksiz hiss edirsinizmi?
- Sperma hüceyrələrinin sayında və ya keyfiyyətində azalma probleminiz varmı?