Analizlər üçün alınmış nümunələrin travma və təzyiqə davamlı, sızdırmayan qabın içərisində, müvafiq şəraitdə daşınması təmin edilməlidir.
Nümunə daha sonra xüsusi strafor/süngərin içərisinə yerləşdirilərək strafor qapaqla ağzı bağlanmalı, daşıma çantasına qoyulmalıdır.
Beləliklə, daşınma zamanı birinci qabda hər hansı bir sızma olsa belə, strafor və nümunə daşıma çantası tərəfindən sızmanın qarşısı alınacaq. Çantanın içərisində soyuq mühit əmələ gəlməsi üçün buz kasetlər istifadə edilir. 2-80 C-də daşınmalı nümunələr çantanın içərisinə, -200 C-də daşınması vacib olan nümunələr isə çantadakı buz kasetinə təmas edəcək şəkildə yerləşdirilməli, ya da ehtiyac varsa quru buz ilə göndərilməlidir. Tam doldurulmuş “Analizlər üçün İstək Forması”nı da çantaya qoyulmalı və ya müvafiq kuryerə verilməlidir.
Şəhər daxili
Spesifik testlər üçün Laboratoriyamıza göndəriləcəyi müəyyən edilmiş nümunələr kuryerlər tərəfindən həftə ərzində saat 08.00-19.00 arası mərkəzlərdən götürülür. Bu zaman “Analizlər üçün İstək Forması”, göndərən müəssisə tərəfindən kuryerin nümunələri aldığı saat hissəsi mütləq doldurulmalı, vacib hissələr imzalanmalıdır. Nümunə “Kuryer Nümunə Təhvil Alma Forması” ilə birlikdə laboratoriyaya gətirilir, Nümunə Qəbul və Qeydiyyat bölməsinə təhvil verilir.
Kuryer tərəfindən verilən “Kuryer Nümunə Təhvil Alma Forması” -nı doldurulub imzalanmalıdır.
Şəhər xarici
Kənar mərkəzlərdən göndərilən nümunələr isə nümunəni göndərən müəsisə tərəfindən yuxarıda göstərilmiş şəkildə hazırlanır, “Analizlər üçün İstək Formaları” doldurulur, karqoya təslim edərək laboratoriyaya çatdırılır.
Çantanın daxilindəki temperaturun kontrolu üçün uzaqda yerləşən müəssisələrə ayda bir dəfə, şəhər daxili müəsisələrə isə həftədə bir dəfə istifadə təlimatı ilə birlikdə “data logger” göndərilir. Çantalar açıldıqdan sonra “data logger” ölçmələri aparılır və qeyd olunur.
Dondurulmuş nümunələrin daşınması
İstək olunmuşsa, dondurulmuş nümunələr xüsusi kuryerlər vasitəsilə təhvil alınır. Şəhər xaricindən gələn nümunələr quru buz ilə göndərilməlidir.
Təcili nümunələr
Laboratoriyanın test kataloqunda yer alan nəticə vermə zamanından xaric təcili nümunə olduğu hallarda, “Analizlər üçün İstək Forması”nın üzərinə böyük və qırmızı hərflərlə “TƏCİLİ” yazılmalı, nümunəni alan kuryerlərə bu barədə məlumat verilməli və/və ya laboratoriya bu barədə telefonla məlumatlandırılaraq nümunələr laboratoriyaya göndərilməlidir. Əgər kuryerin mərkəzə gəlmə saatı deyilsə, laboratoriyaya məlumat verilərək kuryerin tələb olunan mərkəzə yönləndirilməsi təmin edilir. Laboratoriyaya gəldikdən sonra nümunələr dərhal prosesə cəlb edilərək, təcili işlənilir.